https://sputnik.az/20240714/sabah-bezi-yerlerde-havanin-temperaturu-39-ye-catacaq---proqnoz-466020260.html
Sabah bəzi yerlərdə havanın temperaturu 39°-yə çatacaq - Proqnoz
Sabah bəzi yerlərdə havanın temperaturu 39°-yə çatacaq - Proqnoz
Sputnik Azərbaycan
Bəzi rayonlarda yağış yağacağı, şimşək çaxacaöı bildirilir. 14.07.2024, Sputnik Azərbaycan
2024-07-14T12:48+0400
2024-07-14T12:48+0400
2024-07-14T12:48+0400
cəmiyyət
külək
çimərlik
bakı
hava
abşeron
isti
yağış
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427933103_0:160:3073:1888_1920x0_80_0_0_37b4a2965e31ea5990a8d1991313b367.jpg
BAKI, 14 iyul - Sputnik. İyulun 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə belə olacaq. İyulun 15-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427933103_170:0:2901:2048_1920x0_80_0_0_ef64012a7f1ef3939337250878080e2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
külək, çimərlik, bakı, hava, abşeron, isti, yağış, azərbaycan
külək, çimərlik, bakı, hava, abşeron, isti, yağış, azərbaycan
Sabah bəzi yerlərdə havanın temperaturu 39°-yə çatacaq - Proqnoz
Bəzi rayonlarda yağış yağacağı, şimşək çaxacaöı bildirilir.
BAKI, 14 iyul - Sputnik. İyulun 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə belə olacaq. İyulun 15-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.