Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayıb

Əliyev və Tramp - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Dövlətimizin başçısı ABŞ prezidentliyinə namizədə qarşı törədilən hadisəyə münasibət bildirib.
BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:

"Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.

Xatırladaq ki, Donald Tramp atışma üzündən şənbə günü Pensilvaniyada ictimaiyyət qarşısında çıxışını yarımçıq kəsib. Videoda siyasətçinin qulağının qan içində olduğu vaxt mühafizəçilər tərəfindən necə aparıldığı əks olunub. Tramp daha sonra qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib.
ABŞ Məxfi Xidməti səhnəyə doğru bir neçə dəfə atəş açan şübhəlini öldürdüyünü bildirib. Atışma zamanı bir tamaşaçı həlak olub, iki nəfər isə ağır yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0