CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnfarkt qadınların ömrünü kişilərdən daha çox qısaldırmış

© Depositphotos.com / Yacobchuk1İnfarkt
İnfarkt - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Bu xəstəliyin ağırlaşmalarının qadınlar üçün niyə daha təhlükəli olmasının səbəbləri hələ də aydın deyil.
BAKI, 14 iyul — Sputnik. İsveçdəki Karolinsk İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, 50 yaşlı qadınlarda fəsadlarla müşayiət olunan infarkt ömrü orta hesabla 11 il qısaldır, ürək funksiyası normal olan 80 yaşlı kişilərdə isə bu səbəbdən ömür, təqribən, beş ay azalır.
Bunu "Circulation" jurnalında dərc olunan araşdırmanın nəticələri sübut edir.
Alimlər 1991-2022-ci illərdə infarkt keçirmiş 335 min insanın sağlamlığı və gözlənilən ömür uzunluğuna dair məlumatları, həmçinin İsveç Statistika idarəsi və Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən toplanmış 1,6 milyon sağlam könüllü haqqında məlumatları təhlil edərək, ürək tutmasının gözlənilən ömür müddətinə təsirini qiymətləndiriblər. Onlar aydınlaşdırıblar ki, infarkt qadınlarda və gənclərdə gözlənilən ömür uzunluğuna daha çox təsir edir.
Ürək funksiyası pozulmuş 50 yaşlı qadınlar üçün infarkt ömrü orta hesabla 11 il qısaldırsa, fəsadsız eyni yaşda olan kişilərdə bu rəqəm cəmi beş aydır. Yaş qrupu daxilində, infarkt ciddi miokard zədələnməsinə səbəb olmazsa, kişilər və qadınlar arasında gözlənilən ömür uzunluğundakı fərqlər yox olur.
İnfarktın ağırlaşmalarının qadınlar üçün niyə daha təhlükəli olmasının səbəbləri hələ də aydın deyil. Tədqiqatçılar bunun hipertoniya və şəkərli diabet kimi dolayı yolla infarktla əlaqəli amillərlə bağlı ola biləcəyini düşünürlər.
Daha əvvəl həkim-terapevt Larisa Alekseyeva birbaşa Günəş işığı altında qalmamaqla özünüzü günvurmadan qoruya biləcəyinizi söyləmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0