Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Möhtəşəm yolun mərhələləri: 55 il əvvəl Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlib

© Sputnik / Perventsev / Mediabanka keçidAzərbaycan Kommunist Partiyasının birinci katibi, 1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyev Sov.İKP-nin XXVI Qurultayının iclas zalında, arxiv
Azərbaycan Kommunist Partiyasının birinci katibi, 1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyev Sov.İKP-nin XXVI Qurultayının iclas zalında, arxiv  - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikada xaos və anarxiya hökm sürüb, sonra ulu öndər ölkəni fəlakətdən xilas etmək üçün Bakıya uçub.
BAKI, 14 iyul - Sputnik. Bu gün Azərbaycan tarixində xüsusi yer tutur. 1969-cu il iyulun 14-də Heydər Əliyevin AzSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın dirçəliş dövrü başlandı. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlər həyata keçirilib, insanlarda milli ruhun oyanmasına başlanılıb.
Ümummilli lider Qarabağa xüsusi qayğı göstərdi, bu məsələyə diqqət yetirdi, Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdi.
Heydər Əliyev SSRİ-nin əsas idarəetmə orqanında - Siyasi Büroda yüksək vəzifələr tuturdu. Daha sonra Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bu vəzifədə gördüyü böyük işlər və fitri təşkilatçılıq qabiliyyəti ona ümumbəşəri şöhrət qazandırdı.
Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə Azərbaycanda xaos və anarxiya hökm sürürdü. 1993-cü il iyunun 9-da Heydər Əliyev ölkəni fəlakətdən xilas etmək üçün Bakıya uçdu.
1993-cü il 15 iyun - Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi yazılan tarixdə Heydər Əliyev Ali Sovetin sədri seçildi. İki dövlət çevrilişinə cəhdin və çoxsaylı təxribatların qarşısını alan ulu öndər bununla ölkəni fitnədən, müstəqilliyini itirməkdən xilas etdi.
Yeni yaranan nizami ordu ermənilərin torpaqlarımıza hücumlarını dəf edə bildi. Heydər Əliyev ölkəyə ictimai-siyasi sabitlik gətirdi, yeni iqtisadi strategiyanın əsasını qoydu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafının və gələcək uğurlarının əsasları qoyuldu.
Sonradan bu strategiya nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi böyük layihələr həyata keçirildi. Prezident İlham Əliyev ümummilli liderin ideyalarını uğurla davam etdirdi, yeni transmilli layihələrin - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Avropanın, o cümlədən TAPTANAP-ın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə nail oldu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0