https://sputnik.az/20240714/gece-saat-birden-sonra-yuxuya-getmek-alimler-bunu-niye-tehlukeli-hesab-edirler-465887879.html
Gecə saat birdən sonra yuxuya getmək: alimlər bunu niyə təhlükəli hesab edirlər
Gecə saat birdən sonra yuxuya getmək: alimlər bunu niyə təhlükəli hesab edirlər
Sputnik Azərbaycan
"Gecə yarısından sonrakı ağıl" adlı bir nəzəriyyə beynin gecə gec saatlarda fərqli şəkildə işlədiyini və bunun psixi sağlamlığa təsir edə biləcəyini göstərir. 14.07.2024, Sputnik Azərbaycan
2024-07-14T23:44+0400
2024-07-14T23:44+0400
2024-07-15T09:55+0400
yuxu
elm
göz
saat
ağıl
nəzəriyyə
london
kollec
alim
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426123541_0:105:2000:1230_1920x0_80_0_0_4a990b48156a7b8b5ce67cbfcdbdd04c.jpg
BAKI, 14 iyul — Sputnik. Gecə saat 1-dən sonra yuxuya gedən insanların - istər erkən qalxanlar, istərsə də "gecə bayquşları" olsun, psixi sağlamlıq problemlərinin inkişaf riski daha yüksəkdir. Bu, London İmperial Kollecinin tədqiqatçılarının yeni araşdırmasında gəldiyi nəticədir. Məlum olub ki, psixi sağlamlıq üçün təhlükə "xronotip" kimi tanınan üstünlük verilən yuxu vaxtından asılı deyil. Məsələnin öyrənilməsi göstərib ki, gecə saat birə qədər yatan insanlar, bir qayda olaraq, psixi cəhətdən daha sağlam olurlar. Bu insanlarda qeydiyyata alınan psixi, davranış pozğunluqları və sinir-ruhi inkişaf pozğunluqları, depressiya və ümumiləşdirilmiş narahatlıq halları azdır. Bu nəticələr "xronotip"ə əməl edən insanların bir qayda olaraq daha sağlam olduğunu vurğulayan daha əvvəlki tədqiqatlara ziddir. Tədqiqatçılar orta yaşı 63,5 olan, təxminən 73,888 insanı araşdırıblar. Onların da 56%-i qadınlar olub. Tədqiqat iştirakçıları gecə orta hesabla yeddi saat yatdıqlarını bildiriblər. Stanford Universitetinin psixiatriya və yuxu təbabəti professoru, aparıcı müəllif Ceymi Seytzer beynin gecə saatlarında fərqli şəkildə işlədiyini və psixi sağlamlığa təsir göstərə biləcəyini göstərən "gecə yarısından sonrakı ağıl" adlı bir nəzəriyyəyə istinad edib. London İmperiya kollecindəki Frenks-Visden laboratoriyasının tədqiqatçısı Sara Vonq deyir ki, bu nəzəriyyə yuxu elmi tərəfindən dəstəklənir. Vonq qeyd edib ki, gec yatan insanlar yuxudan kifayət qədər doya bilmirlər. "SGH yuxusu əhval-ruhiyyənin tənzimlənməsi ilə sıx bağlıdır - yəni daha qısa SGH yuxusu müddəti daha pis əhval-ruhiyyə deməkdir. SGH yuxusundakı dəyişikliklər depressiya, ümumiləşdirilmiş narahatlıq pozuqluğu və travma sonrası stress pozğunluğu kimi bir çox əsəb-psixiatrik pozğunluqlar üçün risk faktoru hesab olunur", - Vonq izah edib. SGH yuxusunun dəqiq rolu tam aydın deyil, lakin alim bunun beyin qabığının həyəcanlanması ilə əlaqəli olduğuna inanır ki, bu da koqnitiv disfunksiyaya və ehtimal ki, hüceyrə ölümünü təşviq edən iltihablı prosesə səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426123541_110:0:1890:1335_1920x0_80_0_0_344d14f50f2e291a42aa2443c74cab25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yuxu, göz, saat, ağıl, nəzəriyyə, london, kollec, alim
yuxu, göz, saat, ağıl, nəzəriyyə, london, kollec, alim
Gecə saat birdən sonra yuxuya getmək: alimlər bunu niyə təhlükəli hesab edirlər
23:44 14.07.2024 (Yenilənib: 09:55 15.07.2024) "Gecə yarısından sonrakı ağıl" adlı bir nəzəriyyə beynin gecə gec saatlarda fərqli şəkildə işlədiyini və bunun psixi sağlamlığa təsir edə biləcəyini göstərir.
BAKI, 14 iyul — Sputnik. Gecə saat 1-dən sonra yuxuya gedən insanların - istər erkən qalxanlar, istərsə də "gecə bayquşları" olsun, psixi sağlamlıq problemlərinin inkişaf riski daha yüksəkdir.
Bu, London İmperial Kollecinin tədqiqatçılarının yeni araşdırmasında gəldiyi nəticədir.
Məlum olub ki, psixi sağlamlıq üçün təhlükə "xronotip" kimi tanınan üstünlük verilən yuxu vaxtından asılı deyil.
Məsələnin öyrənilməsi göstərib ki, gecə saat birə qədər yatan insanlar, bir qayda olaraq, psixi cəhətdən daha sağlam olurlar. Bu insanlarda qeydiyyata alınan psixi, davranış pozğunluqları və sinir-ruhi inkişaf pozğunluqları, depressiya və ümumiləşdirilmiş narahatlıq halları azdır. Bu nəticələr "xronotip"ə əməl edən insanların bir qayda olaraq daha sağlam olduğunu vurğulayan daha əvvəlki tədqiqatlara ziddir.
Tədqiqatçılar orta yaşı 63,5 olan, təxminən 73,888 insanı araşdırıblar. Onların da 56%-i qadınlar olub. Tədqiqat iştirakçıları gecə orta hesabla yeddi saat yatdıqlarını bildiriblər.
Stanford Universitetinin psixiatriya və yuxu təbabəti professoru, aparıcı müəllif Ceymi Seytzer beynin gecə saatlarında fərqli şəkildə işlədiyini və psixi sağlamlığa təsir göstərə biləcəyini göstərən "gecə yarısından sonrakı ağıl" adlı bir nəzəriyyəyə istinad edib.
"Biz hesab edirik ki, bu, insanların gecəyarı oyandıqları zaman təcrid olunmaları ilə əlaqədardır. Buna görə də onlar yoldaşlıq ilə və ya hətta daha kiminsə oyaq olduğu fikri ilə gələn dəstəkdən məhrumdurlar", – tədqiqatçı "Medical" tibb jurnalında izah edib.
London İmperiya kollecindəki Frenks-Visden laboratoriyasının tədqiqatçısı Sara Vonq deyir ki, bu nəzəriyyə yuxu elmi tərəfindən dəstəklənir.
Vonq qeyd edib ki, gec yatan insanlar yuxudan kifayət qədər doya bilmirlər.
"Bu, xüsusilə gecənin ikinci yarısında baş verən sürətli göz hərəkəti (SGH) yuxusuna təsir göstərir", - o fikrini bildirib.
"SGH yuxusu əhval-ruhiyyənin tənzimlənməsi ilə sıx bağlıdır - yəni daha qısa SGH yuxusu müddəti daha pis əhval-ruhiyyə deməkdir. SGH yuxusundakı dəyişikliklər depressiya, ümumiləşdirilmiş narahatlıq pozuqluğu və travma sonrası stress pozğunluğu kimi bir çox əsəb-psixiatrik pozğunluqlar üçün risk faktoru hesab olunur", - Vonq izah edib.
SGH yuxusunun dəqiq rolu tam aydın deyil, lakin alim bunun beyin qabığının həyəcanlanması ilə əlaqəli olduğuna inanır ki, bu da koqnitiv disfunksiyaya və ehtimal ki, hüceyrə ölümünü təşviq edən iltihablı prosesə səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.