CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bolqar bibərinin faydaları

© AFP 2024 / TOBIAS SCHWARZBibər
Bibər - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Qırmızı bolqar bibərinin tərkibində digər bibər növləri ilə müqayisədə daha çox C vitamini var.
BAKI, 14 iyul — Sputnik. Mütəxəssislərin fikrincə, qırmızı bolqar bibərinin tərkibində digər bibər növləri ilə müqayisədə daha çox C vitamini var. Bu barədə "Rospotrebnadzor"dan xəbər veriblər.
Bolqar bibəri vitamin və mikroelementlərin mübadiləsində iştirak edir, antioksidant xüsusiyyətlərə malikdir, interferonların - insanın müdafiəsini dəstəkləyən maddələrin istehsalını stimullaşdırır, həmçinin yaraların sağalmasına və dərinin bərpasına kömək edir.
Bundan əlavə, bibərin tərkibində olan B6 vitamini sinir sistemini gücləndirir, yaddaşı və iş qabiliyyətini yaxşılaşdırmağa kömək edir, yuxu və əhval-ruhiyyəni yaxşılaşdırır.
Mikroelementlər maddələr mübadiləsini tənzimləyir, ürəyin işini normallaşdırır, dərinin və saçın vəziyyətini yaxşılaşdırır.
Daha əvvəl "Rospotrebnadzor"un mütəxəssisləri səhərə bir stəkan su ilə başlamağın nə üçün faydalı və vacib olduğunu izah ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0