ELM

Arıqlama prosesini nə sürətləndirir?

© iStock.com / Prostock-Studiodieta
dieta - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Alimlər bildiriblər ki, orqanizmində spesifik zülal, həmçinin siqnal molekulu PGC-1α olan insanlar daha tez arıqlayırlar.
BAKI, 14 iyul — Sputnik. Kobe Universitetinin yapon alimləri arıqlama sürətinin siqnal molekullarından asılı olduğunu kəşf ediblər.
Tədqiqatın nəticələri "Molecular Metabolism" jurnalı tərəfindən dərc edilib.
Mütəxəssislərin fikrincə, əgər bu cür molekullar bədəndə istehsal olunmazsa, fiziki yük zamanı daha az kalori "yandırılır". Bundan əlavə, tədqiqatçıların məlumatına görə, oksigen istehlakı azalır.
Alimlər bildiriblər ki, orqanizmində spesifik zülal, həmçinin siqnal molekulu PGC-1α olan insanlar daha tez arıqlayırlar.
Yapon tədqiqatçıları "bu zülalın təsirinin özünü nə qədər aşkar göstərə biləcəyini" müəyyən etmək qərarına gəliblər. Məlum olub ki, PGC-1α zülalının bir neçə versiyası var.
b" və "c" variantları məşq zamanı əzələlərdə "a" variantından on dəfə çox istehsal olunur. Mütəxəssislər hesab edirlər ki, "b" və "c" versiyaları enerji mübadiləsinin tənzimlənməsindən məsuldur.
Kobe Universitetinin alimləri siqnal molekulunun "b" və "c" versiyaları olmayan siçanlar yetişdiriblər. Gəmiricilər əzələlərin böyümə sürəti, yağ yandırma sürəti və istirahət və idman zamanı oksigen istehlakı səviyyəsinə görə sınaqdan keçiriliblər.
Bundan əlavə, 2-ci tip diabetli insanlar və sağlam könüllüləri əhatə edən tədqiqatlar aparılıb. Məlum olub ki, şəkərli diabet və piylənmə ilə üzləşən insanlarda bu molekulun konsentrasiyası azalır.
Bundan əvvəl ABŞ-ın Franklin Pirs Universitetinin alimləri səhər saat 7-dən doqquza qədər acqarına fiziki fəaliyyətin sürətli və effektiv arıqlamağa səbəb olduğunu bildirmişdilər.
Xəbər lenti
0