DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər qədim Misirin ən böyük fironunun simasını yenidən yaradıblar - FOTO

© AFP 2024 / MOHAMED EL-SHAHEDFiron
Firon - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Qədim Misir hökmdarının xarici görünüşünün yenidən qurulmasını braziliyalı 3D dizayneri Sisero Morais alimlərlə birlikdə həyata keçirib.
BAKI, 14 iyul — Sputnik. Eramızdan əvvəl XIII əsrdə hökmdarlıq edən II Ramzes hərbi qələbələri və məşhur Əbu Simbel kimi inqilabi tikinti layihələri ilə tanınır. Yeni görüntülər onun qocalıqda necə göründüyünü nümayiş etdirir. Bu barədə "The Sun" yazıb.
Qədim Misir hökmdarının xarici görünüşünün yenidən qurulmasını braziliyalı 3D dizayneri Sisero Morais alimlərlə birlikdə həyata keçirib. Onlar fironun yaxşı qorunub saxlanmış mumiyalanmış kəllə sümüyünün üzərində tədqiqat apararaq ondan II Ramzesin, təxminən 90 yaşında olarkən üzünün dəqiq surətlərini yaratmaq üçün istifadə ediblər.
Alimlər bildiriblər ki, II Ramzesin dişlərinin vəziyyəti çox pis olub - dişlər ciddi şəkildə köhnəliblər. Deyəsən, fironun çənə quruluşu qüsurlu olub. Bundan başqa, onun abses səbəbindən sümük problemi də olub. İrinli iltihab ona şiddətli ağrılar verib.
Araşdırma göstərib ki, II Ramzesin əzələləri qocalıq səbəbindən kifayət qədər zəifləyib. Alimlər onun alnında çox aydın damarların olduğunu da müəyyən ediblər. Fironun görünüşünün yaradıcısı onun üzünü "müdrik" adlandırıb.

"Yeni araşdırmada biz yenidən qurulmuş üzü II Ramsesin heykəlləri ilə müqayisə edərək geniş təhlil apardıq. Təhlilin məqsədi heykəllərin üzərindəki təsvirlərə etibar etmək olarmı, yoxsa onların qədim fironun zahiri görünüşü ilə bağlı qeyri-dəqiq məlumatlar verib-vermədiyini öyrənməkdir", - Morais dəqiqləşdirib.

Məlum olub ki, heykəllərlə yaradılmış 3D modellər arasında çoxlu oxşarlıqlar var. Müqayisə burun və üzün forması ilə yaxşı uyğunluğu göstərib.
"Amma ümumən, heykəllərin alınları daha zərif, dodaqları və çənələri isə daha qabarıqdır, bu da onları etibarlı mənbə hesab etmir", - 3D modelləşdirmə mütəxəssisi sözünü yekunlaşdırıb.
II Ramzesin görünüşünün yenidən qurulması zamanı müxtəlif yanaşmalar sınaqdan keçirilib. Üsullardan biri müasir misirlilərin məlumatlarından istifadə etmək idi. Bu, kəllənin müxtəlif nöqtələrində fironun dərisinin ehtimal olunan qalınlığını aşkar etməyə kömək edib. Başqa bir üsul anatomik deformasiya idi, burada oxşar xüsusiyyətləri olan canlı bir insanın üzü və kəllə sümüyü, məsələn, çənə quruluşu nəzərə alınıb.
Əvvəllər Cicero Morais bir qrup elm adamı ilə birlikdə döyüşdə həlak olan yeganə Misir fironunun görünüşünü canlandırıb. Söhbət Cəsur kimi də tanınan II Sekenenra Taodan gedir. Fivdəki 17-ci kral evinin bu nümayəndəsi Misirdəki Hiksoss hakimiyyətinə fəal müqavimət göstərib və 3500 il əvvəl döyüşlərin birində həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0