https://sputnik.az/20240713/prezident-atet-in-fealiyyetde-olan-sedrini-qebul-edib-464598082.html
Azərbaycan kiçik ada dövlətləri ilə bağlı xüsusi fond yaradır - İlham Əliyev
Azərbaycan kiçik ada dövlətləri ilə bağlı xüsusi fond yaradır - İlham Əliyev
Sputnik Azərbaycan
İlham Əliyev ATƏT-in baş katibi ilə görüşdə deyib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir. 13.07.2024, Sputnik Azərbaycan
2024-07-13T14:05+0400
2024-07-13T14:05+0400
2024-07-13T14:16+0400
azərbaycan xəbərləri
atət
prezident ilham əliyev
münhen
atət-in minsk qrupu
minsk qrupu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532696_0:112:1899:1180_1920x0_80_0_0_322b48429ad9b710502516398ff9aaca.jpg
BAKI, 13 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.Görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini dedi.Dövlət başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd etdi.Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı.Dövlət başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışdı. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu dedi və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirdi.Görüşdə regional bağlantılar məsələsi müzakirə olundu.Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və ölkəmizə səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirdi.Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dedi və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxundu. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğuladı.Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.Dövlət başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd etdi.Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxundu.Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqların işğalı nəticəsində ölkə ərazilərinin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğuladı.Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıldı.14.05.24, 11:25ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatlar ləğv edilməlidir - PrezidentAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İan Borq Azərbaycan Prezidenti ilə bu il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını deyib. O, Maltanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparılıb. İan Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın COP29-a sədrlik etdiyini nəzərə alaraq bu mövzuda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusu Azərbaycanın prioritetlərdən biri olacaq. Bu xüsusda Azərbaycan Prezidenti Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendin ölkəmizə səfərini qeyd edərək, bu təşkilat çərçivəsində olan kiçik ada dövlətləri və bu kateqoriyadan olan digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların üzləşdiyi ekzistensial problemlərlə bağlı məsələnin COP çərçivəsində qaldırılması və müxtəlif tədbirlərin keçirilməsinə toxunub. Azərbaycanın da Malta ilə əməkdaşlıqda maraqlı olduğu ifadə edilib. ***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xatırladaq ki, Borqun Cənubi Qafqaza səfəri Ermənistandan başlayıb. Ermənistan rəsmiləri ilə görüşlər keçirən ATƏT-in fəaliyyətdə olan sədri daha sonra Bakıya gəlib. Qeyd edək ki, fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Azərbaycan lideri ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532696_88:0:1811:1292_1920x0_80_0_0_30e8ba0f397821e17cfd5ceab83944cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atət, prezident ilham əliyev, münhen, atət-in minsk qrupu, minsk qrupu
atət, prezident ilham əliyev, münhen, atət-in minsk qrupu, minsk qrupu
Azərbaycan kiçik ada dövlətləri ilə bağlı xüsusi fond yaradır - İlham Əliyev
14:05 13.07.2024 (Yenilənib: 14:16 13.07.2024) İlham Əliyev ATƏT-in baş katibi ilə görüşdə deyib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir.
BAKI, 13 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini dedi.
Dövlət başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı.
Dövlət başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışdı. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu dedi və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirdi.
Görüşdə regional bağlantılar məsələsi müzakirə olundu.
Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və ölkəmizə səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirdi.
Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dedi və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxundu. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğuladı.
Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd etdi.
Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxundu.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqların işğalı nəticəsində ölkə ərazilərinin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğuladı.
Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıldı.
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatlar ləğv edilməlidir - Prezident
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İan Borq Azərbaycan Prezidenti ilə bu il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını deyib.
O, Maltanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.
Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İan Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın COP29-a sədrlik etdiyini nəzərə alaraq bu mövzuda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusu Azərbaycanın prioritetlərdən biri olacaq. Bu xüsusda Azərbaycan Prezidenti Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendin ölkəmizə səfərini qeyd edərək, bu təşkilat çərçivəsində olan kiçik ada dövlətləri və bu kateqoriyadan olan digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların üzləşdiyi ekzistensial problemlərlə bağlı məsələnin COP çərçivəsində qaldırılması və müxtəlif tədbirlərin keçirilməsinə toxunub. Azərbaycanın da Malta ilə əməkdaşlıqda maraqlı olduğu ifadə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Borqun Cənubi Qafqaza səfəri Ermənistandan başlayıb. Ermənistan rəsmiləri ilə görüşlər keçirən ATƏT-in fəaliyyətdə olan sədri daha sonra Bakıya gəlib.
Qeyd edək ki, fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib.
Azərbaycan lideri ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.