SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığın bərpa olunacağını gözləyirik

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKTMT dövlətlərinin bayraqları
KTMT dövlətlərinin bayraqları - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
Zaxarova deyib ki, regionun sınaqlardan keçdiyini nəzərə alanda sözlə oynamaq heç bir xeyir gətirməyəcək.
BAKI, 4 sentyabr — Sputnik. Moskva Ermənistanın və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə İrəvanla KTMT çərçivəsində tərəfdaşlığın bərpa olunacağını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Fikrimizcə, Ermənistan rəhbərliyi erməni xalqının maraqlarına zidd olan qarşılıqlı fəaliyyətdən uzaqlaşma xəttini dəstəkləyir”, Zaxarova bildirib.
Onun sözlərinə görə, xüsusən də regionun sınaqlardan keçdiyini nəzərə alanda sözlə oynamaq heç bir xeyir gətirməyəcək, O, həmçinin vurğulayıb ki, hər bir ifadənin arxasında təkcə gizli məna durması kifayət deyil.
"Bunu məmur deyirsə, təkcə deməklə kifayətlənməməli, həm də nəticələri üçün məsuliyyətli olmalıdır" - Zaxarova əlavə edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, indiki mərhələdə Ermənistanın KTMT-də iştirakını dondurmaq qərarı yetərlidir, lakin bu, İrəvanın gələcəkdə fərqli qərar qəbul etməsini istisna etmir. O, KTMT-də ölkələrin tərəfdaş adlandırılmasının düzgün hesab etmir və onun sözlərinə görə, bəzi ölkələr Azərbaycana kömək edib.
31.08.24, 14:05
Ermənistan KTMT-nin işində iştirakın dayandırılması qərarını dəyişə bilər - Paşinyan
İndiki mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakın dayandırılması sonradan bu qərarın dəyişməyəcəyi anlamına gəlmir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, fikirlərinə düzəliş etməyi məqsədəuyğun saymır.
05.08.24, 16:14
Ermənistan KTMT-nin hərbi təlimində iştirak etməyəcək
Avqustun 14-dən 16-dək Novosibirskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" təlimləri keçiriləcək. Bu barədə Rusiya Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.
Ermənistan təlimlərdə iştirak edən ölkələrin arasında yoxdur. Üç gün ərzində KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı bölmələri qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər.
KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin tərkibinə daxil olan bölmələr qeyri-qanuni silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə birgə hərəkətlərdə praktiki bacarıqlar əldə edəcəklər.
Aviasiya və PUA-lardan istifadə edərək xüsusi təyinatlılar binalara və avtomobillərə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər.
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Daha sonra parlamentdə çıxışı zamanı o, növbəti məntiqli addımın Ermənistanın bu blokdan çıxması olacağını bildirib.
13.07.24, 10:35
Ermənistanın KTMT-yə külli miqdarda borcu var, amma onu ödəmək istəmir
Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.
Bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.
“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq” - o, bildirib.
V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.
O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50 %-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir. Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib.
Bir müddət əvvəl Ermənistan rəsmiləri müxtəlif bəhanələr gətirərək KTMT-yə olan borclarını ödəməkdən imtina etdiklərini açıqlayıblar.
13.06.24, 18:06
Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq - Paşinyan
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı vəziyyət kontekstində növbəti məntiqli addım Ermənistanın bu təşkilatdan çıxması olacaq. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Parlamentdə büdcənin icrasının yekun müzakirəsi zamanı hökumət başçısı təşkilatı yenidən tənqid edib və onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində fəaliyyətsizlikdə ittiham edib.
Bildiyiniz kimi, Ermənistan indi təşkilatda iştirakını dondurub, bu yaxınlarda isə onun maliyyələşdirilməsində iştirakdan imtina edib:
"Növbəti məntiqli addım KTMT-dən çıxmaq olacaq. Bunun bir ay, bir il və ya üç ildən sonra olacağına qərar verəcəyik".
Paşinyanın sözlərinə görə, 2021 və 2022-ci illərdə baş verənlər zamanı. təşkilat ölkə qarşısında müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edib.
Baş nazir hesab edir ki, Ermənistanı KTMT-yə təslim etmək üçün ölkədə hakimiyyəti dəyişməyə çalışırlar.
"İndi onlar hökuməti dəyişmək istəyirlər ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına təslim etsinlər Siz xalqın yaratdığı və ondan qidalanan legitimlik qarşısında acizsiniz", - Paşinyan bildirib.
Xəbər lenti
0