SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramov: Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir

© Photo : MFA AzerbaijanAzərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında
Azərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında  - Sputnik Azərbaycan, 1920, 13.07.2024
Abunə olmaq
Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
BAKI, 13 iyul — Sputnik. Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.
Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:
"Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb".
Xəbər lenti
0