https://sputnik.az/20240713/aldan-azad-olunmu-razilrd-enerji-thlksizliyi-mzakir-olunub-427407991.html
Xankəndidə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası olub
Xankəndidə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası olub
Sputnik Azərbaycan
Tədbirdə İşçi Qrupunun digər üzvləri təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə... 13.07.2024, Sputnik Azərbaycan
2024-07-13T14:53+0400
2024-07-13T14:53+0400
2024-07-13T14:54+0400
azərbaycan
qarabağın dirçəlişi və reinteqrasiyası
qarabağ
qarabağ
xankəndi
xankəndi şəhəri
iclas
iclas
işçi qrupu
xüsusi işçi qrupu
https://cdnn1.img.sputnik.az/img/07e7/09/15/458835123_0:9:760:437_1920x0_80_0_0_8b6c9b79d3989c39c881eff05fa3ff0b.jpg
BAKI, 13 iyul - Sputnik. Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.Məlumata görə, nazirin I müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şərait yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq. Qeyd edilib ki, stimullaşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.Tədbirdə İşçi Qrupunun digər üzvləri təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim edib.İclasda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılıb, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
xankəndi şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/15/458835123_84:0:677:445_1920x0_80_0_0_0e7bf5a741a6e51cd6aed93a3119b93e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qarabağ, qarabağ, xankəndi, xankəndi şəhəri, iclas, iclas, işçi qrupu, xüsusi işçi qrupu
azərbaycan, qarabağ, qarabağ, xankəndi, xankəndi şəhəri, iclas, iclas, işçi qrupu, xüsusi işçi qrupu
Xankəndidə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası olub
14:53 13.07.2024 (Yenilənib: 14:54 13.07.2024) Tədbirdə İşçi Qrupunun digər üzvləri təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim edib.
BAKI, 13 iyul - Sputnik. Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.
Məlumata görə, nazirin I müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şərait yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq. Qeyd edilib ki, stimullaşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.
Tədbirdə İşçi Qrupunun digər üzvləri təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim edib.
İclasda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılıb, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.