https://sputnik.az/20240712/usagin-tehqir-edildiyi-bagcanin-mudiri-ve-terbiyecisi-isden-azad-edildi---vdeo-465987402.html
Uşağın təhqir edildiyi bağçanın müdiri və tərbiyəçisi işdən azad edildi - VİDEO
Uşağın təhqir edildiyi bağçanın müdiri və tərbiyəçisi işdən azad edildi - VİDEO
Sputnik Azərbaycan
Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib. 12.07.2024, Sputnik Azərbaycan
2024-07-12T14:33+0400
2024-07-12T14:33+0400
2024-07-12T15:23+0400
tərbiyəçi
cəmiyyət
bağça
uşaq bağçası
bakı şəhəri üzrə təhsil idarəsi
bşih
https://cdnn1.img.sputnik.az/img/42404/00/424040078_0:70:1340:824_1920x0_80_0_0_3ab2d81568866846f0219851c749b6f8.jpg
BAKI, 12 iyul — Sputnik. Azyaşlının təhqir edildiyi 310 nömrəli uşaq bağçasının müdiri və tərbiyəçi-müəllimi işdən azad olunub. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib. Qurumdan verilmiş məlumata görə, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib. BŞİH qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Qeyd edək ki, sosial şəbəkələrdə 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərdiyi əks olunan görüntülər yayılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/00/424040078_74:0:1266:894_1920x0_80_0_0_5b602eff5552869616e4226444ddcb50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tərbiyəçi, bağça, uşaq bağçası, bakı şəhəri üzrə təhsil idarəsi, bşih
tərbiyəçi, bağça, uşaq bağçası, bakı şəhəri üzrə təhsil idarəsi, bşih
Uşağın təhqir edildiyi bağçanın müdiri və tərbiyəçisi işdən azad edildi - VİDEO
14:33 12.07.2024 (Yenilənib: 15:23 12.07.2024) Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.
BAKI, 12 iyul — Sputnik. Azyaşlının təhqir edildiyi 310 nömrəli uşaq bağçasının müdiri və tərbiyəçi-müəllimi işdən azad olunub.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsi Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib.
Qurumdan verilmiş məlumata görə, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.
BŞİH qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərdiyi əks olunan görüntülər yayılıb.