DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin ŞƏT-ə daxil olması ilə bağlı hələ dəqiq tarix yoxdur - Peskov

© AFP 2024 / GREG BAKERŞƏT
ŞƏT - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Kreml sözçüsü bildirib ki, bir çox ölkələr ŞƏT-ə maraq göstərir və bu mövzu daim gündəmdədir.
BAKI, 12 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişləndirilməsi mövzusu daim gündəmdədir, lakin Türkiyənin təşkilata daxil olması üçün dəqiq tarix yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bir çox ölkələr ŞƏT-ə maraq göstərir və bu mövzu daim gündəmdədir", - Peskov Türkiyənin ŞƏT-ə daxil olmasının mümkün vaxtı ilə bağlı sualı cavablandırıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv kimi daxil olmalıdır.
"Bütün daimi üzvlərdən xahiş etdim ki, bu məsələdə mənə dəstək olsunlar", – Ərdoğan əlavə edib.
Ərdoğan iyulun 11-də "Newsweek"ə müsahibəsində Ankaranın NATO, ŞƏT və BRİKS ilə əməkdaşlıq etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu, "dünya sülhünü" təşviq edir. Ərdoğan problemlərin həllinə "soyuq müharibə məntiqi" ilə yanaşmanı səhv adlandırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2024
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmalıdır - Ərdoğan
Xəbər lenti
0