Tarixdə bu gün: 12 iyul – FOTO
© Sputnik12 iyul
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 12 iyul — Sputnik. İyulun 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 12-də kim anadan olub?
Rahib Əliyev (1945 - 2024) - Azərbaycanın əməkdar artisti, teatr və kino aktyorudur. O, yaradıcılıq fəaliyyəti dövründə bir çox fəxri fərmanlara, mükafatlara və döş nişanlarına layiq görülüb.
© Photo : Public DomenRahib Əliyev
Rahib Əliyev
© Photo : Public Domen
Lyudmila Pavlüçenko (1916 - 1974) - Sovet İttifaqının əfsanəvi snayperidir. O, 309 alman əsgər və zabitini məhv edib. Pavlüçenko Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra sahil xidməti mayoru rütbəsi ilə 1956-cı ilə qədər SSRİ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının zabiti vəzifəsində çalışıb.
© Sputnik / Израиль ОзерскийLyudmila Pavliçenko
Lyudmila Pavliçenko
© Sputnik / Израиль Озерский
Valentina Tolkunova (1946 - 2010) - Sovet və Rusiya müğənnisi, RSFSR xalq artistidir. O, 44 illik yaradıcılıq fəaliyyəti dövründə əsasən sevgi, ailə və hərbi-vətənpərvərlik lirika janrında 800-dən çox mahnı ifa edib.
© Sputnik Valentina Tolkunova
Valentina Tolkunova
© Sputnik
Emil Heqle Svendsen (1985) norveçli biatlonçu, 4 qat Olimpiya çempionu, 12 qat Dünya çempionu, 5 qat fərdi Dünya çempionu və Dünya Kubokunun qalibidir. O, kişilər arasında Dünya çempionatında 10 və daha çox qızıl medal qazanan tarixdə dördüncü biatlonçudur (Alexander Tixonov, Frank Luk və Ule Eynar Byerndalendən sonra).
© AFP 2024 / ODD ANDERSEN Emil Heqle Svendsen
Emil Heqle Svendsen
© AFP 2024 / ODD ANDERSEN
12 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1776-cı ildə ingilis hərbi dənizçisi Ceyms Kuk son ekspedisiyasına Plimutdan yola düşüb.
1922-ci ildə gəmiqayırma tarixindəki ən böyük yelkənli "II Frans" gəmisi filiz yükü ilə Yeni Kaledoniyanın paytaxtı Numeadan 43 mil məsafədə sualtı qayaya çırpılıb.
2006-cı ildə İstanbulun Sarıyer rayonunda ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı olub.
2009-cu ildə qadın ilk dəfə Litvanın prezidenti olub - Dalya Qribauskayte.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.