https://sputnik.az/20240712/sammit-neticesinde-nato-nun-ukraynaya-yardimlari-artacaq--465912403.html
Rusiya XİN NATO sammitinin qərarlarını şərh edib
Rusiya XİN NATO sammitinin qərarlarını şərh edib
Sputnik Azərbaycan
NATO-ya üzv ölkələr arasında Ukraynanın maliyyələşdirilməsinin vaxtı və həcmi, eləcə də Ukraynanın bloka necə qoşulacağı ilə bağlı konsensus yoxdur. 12.07.2024, Sputnik Azərbaycan
2024-07-12T19:54+0400
2024-07-12T19:54+0400
2024-07-12T16:56+0400
nato
dünya xəbərləri
ukrayna
rusiya
kiyev
vaşinqton
vaşinqton sammiti
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0c/456743291_0:160:3072:1888_1920x0_80_0_0_6df6bc4da0468326d90a539ce635fa18.jpg
BAKI, 12 iyul — Sputnik. NATO-nun ABŞ-da keçirilən sammitində qəbul edilən qərarlar Kiyevin hərbi əməliyyatları davam etdirməsini təmin etmək məqsədi daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Biz reallığı görməkdə davam edirik. NATO Ukraynadan Rusiya ilə geosiyasi qarşıdurmada istehlak məhsulu kimi istifadə edir" - Zaxarova vurğulayıb. O həmçinin qeyd edib ki, NATO-ya üzv ölkələr arasında Ukraynanın maliyyələşdirilməsinin vaxtı və həcmi, eləcə də Ukraynanın bloka necə qoşulacağı ilə bağlı konsensus yoxdur:"Ukraynanın alyansa daxil olması məsələsində NATO-nun nümayiş etdirməyə çalışdığı birlik alyansa üzv ölkələr arasında Ukraynanın maliyyələşdirilməsinin vaxtı, məbləği və prosesi ilə bağlı fikir ayrılıqları yaradır. Bu da Kiyevin NATO-ya daxil olması ilə bağlı söz-söhbət yaradır".İyulun 9-11-də Vaşinqtonda NATO-nun növbəti sammiti keçirilib. Gündəlikdə üç böyük mövzu olub: Ukraynaya hərbi yardımın əlaqələndirilməsi və maliyyələşdirilməsində blokun rolunun gücləndirilməsi, kollektiv müdafiənin gücləndirilməsi və Rusiyaya qarşı müqavimətin gücləndirilməsi, eləcə də Qərb və Çin arasında artan qarşıdurma fonunda Asiya ölkələri ilə tərəfdaşlığın genişləndirilməsi. NATO-nun baş katibi Yens Stoltenberq sammitdə jurnalistlərə bildirib ki, alyans hazırda Rusiya Federasiyasından birbaşa hərbi təhlükə görmür.09.07.24, 23:59Sammit nəticəsində NATO-nun Ukraynaya yardımları artacaqVaşinqtondakı sammitdən sonra təqdim olunacaq kommünikedə Ukraynanın alyansa gedən yolunun hansı formada seçiləcəyi ilə bağlı NATO daxilində müzakirələr hələ də davam edir. Bu barədə "Defence News" adı açıqlanmayan avropalı rəsmiyə istinadən yazır. "Nümayəndə heyətləri hələ də bunu necə ifadə etmək barədə müzakirələr aparırlar – "körpü", "dönməz" yol və ya bu ikisinin hansısa kombinasiyası", - nəşr bildirib. Nəşr vurğulayır ki, sammit nəticəsində NATO-nun Ukraynaya yardımda rolu artacaq. Qəzetin istinad etdiyi Avropa rəsmisi bildirib ki, NATO ölkələri xətti keçir. "Biz Ukraynaya yardım baxımından NATO-ya daha böyük rol veririk", o əlavə edib. CNN daha əvvəl bildirmişdi ki, NATO sammiti üçün bəyannamə layihəsində Ukraynanın NATO-ya qəbulu "dönməz" kimi təsvir olunacaq. NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Vaşinqtonda təsdiqlənməsi planlaşdırılan Ukraynaya yeni yardım paketi, eləcə də Ukrayna ordusunun alyansın standartlarına daha çox uyğunlaşmasına kömək edəcək, Kiyev üçün "NATO üzvlüyünə körpü olacaq". Agence France-Presse bildirib ki, Vaşinqtonda keçiriləcək alyans sammitində NATO-ya dəvət almaq şansı praktiki olaraq sıfırdır və bu, Kiyevə də məlumdur. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdiddir. O vurğulayıb ki, Kiyevin alyansa qoşulmaq şansı xüsusi hərbi əməliyyatın başlamasının səbəblərindən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0c/456743291_171:0:2902:2048_1920x0_80_0_0_3537c38f50617ab6bff736a59838eb0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, ukrayna, rusiya, kiyev, vaşinqton, vaşinqton sammiti
nato, ukrayna, rusiya, kiyev, vaşinqton, vaşinqton sammiti
Rusiya XİN NATO sammitinin qərarlarını şərh edib
NATO-ya üzv ölkələr arasında Ukraynanın maliyyələşdirilməsinin vaxtı və həcmi, eləcə də Ukraynanın bloka necə qoşulacağı ilə bağlı konsensus yoxdur.
BAKI, 12 iyul — Sputnik. NATO-nun ABŞ-da keçirilən sammitində qəbul edilən qərarlar Kiyevin hərbi əməliyyatları davam etdirməsini təmin etmək məqsədi daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz reallığı görməkdə davam edirik. NATO Ukraynadan Rusiya ilə geosiyasi qarşıdurmada istehlak məhsulu kimi istifadə edir" - Zaxarova vurğulayıb.
O həmçinin qeyd edib ki, NATO-ya üzv ölkələr arasında Ukraynanın maliyyələşdirilməsinin vaxtı və həcmi, eləcə də Ukraynanın bloka necə qoşulacağı ilə bağlı konsensus yoxdur:
"Ukraynanın alyansa daxil olması məsələsində NATO-nun nümayiş etdirməyə çalışdığı birlik alyansa üzv ölkələr arasında Ukraynanın maliyyələşdirilməsinin vaxtı, məbləği və prosesi ilə bağlı fikir ayrılıqları yaradır. Bu da Kiyevin NATO-ya daxil olması ilə bağlı söz-söhbət yaradır".
İyulun 9-11-də Vaşinqtonda NATO-nun növbəti sammiti keçirilib. Gündəlikdə üç böyük mövzu olub: Ukraynaya hərbi yardımın əlaqələndirilməsi və maliyyələşdirilməsində blokun rolunun gücləndirilməsi, kollektiv müdafiənin gücləndirilməsi və Rusiyaya qarşı müqavimətin gücləndirilməsi, eləcə də Qərb və Çin arasında artan qarşıdurma fonunda Asiya ölkələri ilə tərəfdaşlığın genişləndirilməsi. NATO-nun baş katibi Yens Stoltenberq sammitdə jurnalistlərə bildirib ki, alyans hazırda Rusiya Federasiyasından birbaşa hərbi təhlükə görmür.
Sammit nəticəsində NATO-nun Ukraynaya yardımları artacaq
Vaşinqtondakı sammitdən sonra təqdim olunacaq kommünikedə Ukraynanın alyansa gedən yolunun hansı formada seçiləcəyi ilə bağlı NATO daxilində müzakirələr hələ də davam edir. Bu barədə "Defence News" adı açıqlanmayan avropalı rəsmiyə istinadən yazır.
"Nümayəndə heyətləri hələ də bunu necə ifadə etmək barədə müzakirələr aparırlar – "körpü", "dönməz" yol və ya bu ikisinin hansısa kombinasiyası", - nəşr bildirib.
Nəşr vurğulayır ki, sammit nəticəsində NATO-nun Ukraynaya yardımda rolu artacaq. Qəzetin istinad etdiyi Avropa rəsmisi bildirib ki, NATO ölkələri xətti keçir.
"Biz Ukraynaya yardım baxımından NATO-ya daha böyük rol veririk", o əlavə edib.
CNN daha əvvəl bildirmişdi ki, NATO sammiti üçün bəyannamə layihəsində Ukraynanın NATO-ya qəbulu "dönməz" kimi təsvir olunacaq. NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Vaşinqtonda təsdiqlənməsi planlaşdırılan Ukraynaya yeni yardım paketi, eləcə də Ukrayna ordusunun alyansın standartlarına daha çox uyğunlaşmasına kömək edəcək, Kiyev üçün "NATO üzvlüyünə körpü olacaq".
Agence France-Presse bildirib ki, Vaşinqtonda keçiriləcək alyans sammitində NATO-ya dəvət almaq şansı praktiki olaraq sıfırdır və bu, Kiyevə də məlumdur.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdiddir. O vurğulayıb ki, Kiyevin alyansa qoşulmaq şansı xüsusi hərbi əməliyyatın başlamasının səbəblərindən biridir.