DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın müdafiə naziri Pentaqonun rəhbərinə zəng edib

© Sputnik / Вячеслав Прокофьев / POOL / Mediabanka keçid Rusiyanın müdafiə naziri Andrey Belousov
 Rusiyanın müdafiə naziri Andrey Belousov - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Bu, son bir ayda ABŞ və Rusiya müdafiə nazirləri arasında ikinci telefon danışığıdır.
BAKI, 12 iyul - Sputnik. Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefon danışığı aparıb.
Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi və Pentaqon yayıb.
"Ostin rusiyalı nazirlə söhbətində Moskva ilə Vaşinqton arasında rabitə kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb" - Pentaqonun məlumatında deyilir.
Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
“Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov ilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında təhlükəsizlik təhdidlərinin qarşısının alınması və mümkün eskalasiya riskinin azaldılması məsələsi müzakirə edilib" - Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, bu, son bir ayda ABŞ və Rusiya müdafiə nazirləri arasında ikinci telefon danışığıdır.
Ostin iyunun 25-də Belousova zəng edib, daha sonra Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə, rusiyalı nazir Ukrayna Silahlı Qüvvələrinə Amerika silahlarının davamlı tədarükü ilə əlaqədar vəziyyətin daha da gərginləşməsi təhlükəsini qeyd edib.
Xəbər lenti
0