SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rövzət Qasımov: Seçkilərin ideal keçdiyi haqqında iddialar pafos olar

© Photo : REPORTRövzət Qasımov
Rövzət Qasımov - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Qasımov bildirib ki, iyulun 13-dən etibarən namizədlərin qeydiyyatı üçün sənədlər Dairə Seçki Komissiyalarına təqdim olunacaq
BAKI, 12 iyul - Sputnik. Seçkilərin ideal keçdiyi haqqında iddialar pafos olar.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminarda deyib.
O qeyd edib ki, dünyanın heç bir yerində seçkilərin tamamilə mükəmməl keçirilməsi mümkün deyil: "Amma istənilən seçki əvvəlkindən daha təkmil olmalıdır".
R.Qasımov bildirib ki, iyulun 13-dən etibarən namizədlərin qeydiyyatı üçün sənədlər Dairə Seçki Komissiyalarına təqdim olunacaq. O proses zamanı DSK əməkdaşlarını diqqətli olmağa çağırıb.
Xəbər lenti
0