Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan hökuməti qızların təhsilinə dəstək məqsədilə təqaüdlər ayırıb

© AFP 2024 / NATALIA KOLESNIKOVAtəhsil
təhsil  - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Ötən il 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunublar.
BAKI, 12 iyul — Sputnik. Qızların təhsilinə dəstək proqramı" çərçivəsində təqaüdlər ayrılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində fondun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib.
O bildirib ki, proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və fondun birgə əməkdaşlığı ilə keçirilib:
"İlkin mərhələdə seçilmiş 25 nəfər təqaüdçünün sırasına daha sonra 55 nəfər qız da əlavə edilib. Beləliklə 2023-cü il müddətində ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunublar. "Qızların təhsilinə dəstək" proqramı çərçivəsində bu günə qədər 210 tələbə qıza təqaüd verilməsi ilə yanaşı, onların təcrübə keçməsi təmin edilib".
E.Nəsibov onu da vurğulayıb ki, "4Sİ Akademiyası" layihəsi çərçivəsində müraciət edən 10 mindən çox şəxsə bir il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü verilib:
"Layihə nəticəsində 8000 nəfər iştirakçı olub. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur".
27.11.22, 08:15
Qızların təhsil haqqını dövlət ödəsin?
Bu günlərdə Milli Məclisdə aztəminatlı ailələrdə doğulan qızların təhsili ilə bağlı təklif səsləndirilib. Deputat Razi Nurullayev təklif edib ki, illik gəliri 15-20 min olan ailələrdə qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin. Deputatın bu təkifi sosial platformada da böyük rəğbətlə qarşılanıb.
Ekspertlər də cəmiyyətdə qızların təhsilinə qayğıya ciddi ehtiyac olduğu fikrindədirlər. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızların təhsilinə nə qədər qayğı göstərilsə o qədər yaxşıdır. Onun sözlərinə görə, inkişaf etmiş cəmiyyətdə qadının rolu böyükdür:
"Qadının savadlı olması sağlam ailələrin formalaşmasına kömək edir. Aztəminatlı ailələrdə qızların təhsil haqqını ödəməsində doğurdan da problemlər var. Həmçinin az gəliri olan ailələr daha çox oğlanı oxutmağa meyillidirlər. Ona görə də gələcəkdə qızların təhsilinə dövlət dəstəyi göstərilərsə, bu ümumi cəmiyyətimiz üçün faydalı olar".
"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızların təhsil almasına ailələrinin maddi durumu mane olur. Təhsil almaq istəyən qızlara dövlət dəstək olmaldıır:
"Çox yaxşı olar ki, qızların təhsilinə dəstək olan fondlar yaradılsın. Bu gün belə fondlar var, amma çox azdır. Bu gün bizim sığınacaqda da belə qızlar var ki, onlar çətinliklə təhsil alırlar. Onların çoxunun yalnız anası işləyir. Tək ana uşağın təhsil xərclərini qarşılaya bilmir. Bu zaman bəzən xeyirxah insanlar dəstək göstərirlər. Amma cəmiyyətdə nə qədər qız var ki, məhz ailələrinin maddi sıxıntısı olduğundan, təhsil haqlarını ödəyə bilmədiklərindən oxuya bilmirlər".
Təhsil eksperti Elçin Əfəndi isə bu fikirdədir ki, əgər qızların daha çox təhsil almasını istəyiriksə, bununla bağlı maarifləndirmə işləri daha sıx aparılmalıdır:
"Xüsusən də, regionlarda ailələr qız uşaqlarının təhsilinə önəm verilməlidir. Dövlət tərəfindən müvafiq addımlar atılır. Əvvəllər 10-12 min tələbə dövlət sifarişi ilə təhsil alırdısa, indi bu rəqəm 22 minə qədər artıb və artmağa davam edir. Bir neçə ildən sonra məcburi köçkün statusu ləğv olunacaq. Bundan sonra, sözügedən prosesi tənzimləmək olar. Çünki onların əvəzinə məhz aşağı gəlirli ailələrdən olan qızlara (illik gəliri 3-4 min manat olan ailələrin) təhsil haqqında güzəştlər edilə bilər".
Ekspert dövlət tərəfindən Təhsil Tələbə Krediti Fondunun yaradılmasına da diqqət çəkib. Bildirib ki, təhsilini maddi problemlərə görə davam etdirə bilməyən tələbələr bu fonda müraciət edərək, lazımi krediti əldə edə bilərlər: "Universiteti bitirdikdən 2 il sonra bu krediti geri qaytara bilərlər. Krediti qaytarmaq üçün isə 16-20 il imkan yaradılır. Yəni, dövlət tərəfindən bu cür addımlar atılıb. Belə olan şəraitdə bu cür təkliflər verilməsi doğru deyil. Əgər qızların təhsilinə dəstək vermək istəyirlərsə, millət vəkilləri öz əmək haqlarının müəyyən hissəsini bu istiqamətdə sərf etsinlər".
Elçin Əfəndi əlavə edib ki, qızların təhsilə cəlb olunması üçün bölgələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində bakalavriat səviyyəsində təhsil alan tələbələrin 87 765 nəfəri qızlar, 90 433 nəfəri isə oğlanlar olub. Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının xüsusi buraxılışının məlumatına görə, 600-700 bal intervalında nəticə göstərən abituriyentlərin 53, 4 faizi qızlar, 46, 6 faizi isə oğlanlar olub. Həmçinin, 500- 599 bal intervalında nəticə göstərənlərin 55, 1 faizlik nisbəti xanım abituriyentlərin payına düşür.
Qəbul imtahanlarında iştirak edən oğlanların 28.8, qızların isə yalnız 18.6 faizi 100-dən az bal toplayıb. 100-199 bal intervalında isə oğlanların və qızların nisbi çəkisi uyğun olaraq 23.0 və 22.0 faiz olub. Qalan bütün bal intervallarında qızlar sayca üstünlüyə malik olub. Aşağı bal topladıqları üçün 18805 oğlan və 13117 qız müsabiqədən kənarda qalıb. Qəbul imtahanlarında iştirak edən qızların 66.04, oğlanların isə 55.95 faizi müsabiqədə iştirak etmək hüququ qazanıb. Rəqəmlərdən də görünür ki, təhsildə qızların nəticələri daha yüksəkdir.
Xəbər lenti
0