Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Pakistan Prezidentini COP29-a dəvət edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərindədir.
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarı Asif Əli Zərdarini Bakıda noyabrda keçiriləcək COP29-a dəvət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Prezidenti bunu Asif Əli Zərdari ilə iyulun 12-də İslamabadda keçirilən göruşdə deyib.
Qeyd edək ki, İslamabadda iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın Azərbaycana siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib.
Hazırda ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
İlham Əliyev Pakistan Prezidentini COP29-a dəvət edib.
Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
11.07.24, 21:53
Məhəmməd Şahbaz Şərifin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi nahar verilib
İyulun 11-də İslamabadda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
11.07.24, 20:30
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
11.07.24, 20:07
İyulun 11-də İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
© Official website of President of Azerbaijan Republicİslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub
В Исламабаде состоялась церемония обмена документами, подписанными между Азербайджаном и Пакистаном - Sputnik Azərbaycan, 1920, 11.07.2024
İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”ni Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nu Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın energetika naziri Musadik Masud Malik və Azərbaycanın energetika naziri Pərviz Şahbazov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”nı Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri xanım Şaza Fatima Xavaca və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu “Pakistan Televiziya Korporasiyası” MMC-nin sədri xanım Şahera Şahid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”i Pakistanın Elm və Texnologiya Nazirliyinin katibi Ali Tahir və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Pakistanın Əyalətlərarası Əlaqələndirmə Nazirliyinin katibi Nadim İrşad Kayani və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
© Official website of President of Azerbaijan Republicİslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub
В Исламабаде состоялась церемония обмена документами, подписанными между Азербайджаном и Пакистаном - Sputnik Azərbaycan, 1920, 11.07.2024
İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub
© Official website of President of Azerbaijan Republicİslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub
В Исламабаде состоялась церемония обмена документами, подписанными между Азербайджаном и Пакистаном - Sputnik Azərbaycan, 1920, 11.07.2024
İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub
11.07.24, 19:40
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
11.07.24, 18:49
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü başlayıb. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
11.07.24, 18:45
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
© Official website of President of Azerbaijan Republicİslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub
İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub - Sputnik Azərbaycan, 1920, 11.07.2024
İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub
11.07.24, 17:53
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü başlayıb. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
11.07.24, 16:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı milli abidənin önünə əklil qoyub.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Президент Ильхам Алиев посетил национальный мемориал в Исламабаде - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Sonra “Fatihə” surəsi oxunub.
Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il martın 23-də açılışı olub.
11.07.24, 14:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Pakistana dövlət səfərinə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistana dövlət səfərinə gəlib - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Azərbaycan Prezidenti İlham Əliyev Pakistana dövlət səfərinə gəlib
Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0