DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanın müdafiə naziri Ermənistana nə məqsədlə gedib?

© Photo : Government of GeorgiaGürcüstanın müdafiə naziri İrakli Çikovani
Gürcüstanın müdafiə naziri İrakli Çikovani  - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Çikovaninin Ermənistanın müdafiə naziri Suren Papikyan və baş nazir Nikol Paşinyanla ikitərəfli görüşləri nəzərdə tutulub.
BAKI, 12 iyul — Sputnik. Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfərə gəlib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Çikovaninin Ermənistanın müdafiə naziri Suren Papikyan və baş nazir Nikol Paşinyanla ikitərəfli görüşləri nəzərdə tutulub.
Tərəflər əməkdaşlıq planı imzalayacaq və cari il üçün görüləcək işləri müəyyən edəcəklər.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfər edib və bu səfər zamanı müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. 2022-ci ildə Ermənistanın müdafiə naziri Suren Papikyan da Gürcüstana səfər edib.
Xəbər lenti
0