https://sputnik.az/20240712/etx-den-bank-kartlarindan-vesaitlerin-ogurlanmasina-munasibet-465264398.html
Bank kartlarından növbəti oğurluq: Bu vəsaitlər necə ələ keçirilib?
Bank kartlarından növbəti oğurluq: Bu vəsaitlər necə ələ keçirilib?
Sputnik Azərbaycan
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında 4 nəfərin bank kartlarından vəsaitləri oğurlayan şəxslər saxlanılıb. 12.07.2024, Sputnik Azərbaycan
2024-07-12T17:43+0400
2024-07-12T17:43+0400
2024-07-12T16:10+0400
bank
cəmiyyət
elektron təhlükəsizlik xidməti
kart
vəsait
oğurluq
oğurluq
elşad hacıyev
https://cdnn1.img.sputnik.az/img/07e8/04/01/463638445_0:151:3072:1879_1920x0_80_0_0_5ebc7ee78e18344a5df28df03f02d318.jpg
BAKI, 12 iyul — Sputnik. Bakıda bank kartlarından oğurluq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev kibertəhlükəsizliklə bağlı vətəndaşlara müraciətində qeyd edib. Onun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. "Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın! "Vətəndaş nə etməlidir, seyfinin açarını naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır" - o vurğulayıb. 10.06.24, 10:54ETX-dən bank kartlarından vəsaitlərin oğurlanmasına münasibətSon vaxtlar vətəndaşların bank kartlarından kiber üsulla onların vəsaitlərinin oğurlanması hallarına rast gəlinir. Xüsusilə, tez-tez insanlara naməlum şəxslər tərəfindən xarici ölkələrə məxsus nömrələrdən, xarici ölkə vətəndaşlarına məxsus sosial şəbəkə hesablarından mesaj və ya zənglər gəlir. Yayılan məlumatlara görə, bu mesaj və ya zənglərə cavab verildikdə onların şəxsi məlumatları ələ keçirilir və ya onlara qarşı digər dələduzluq halları törədilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib ki, qurum tərəfindən qeyd olunan dələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir: "Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir. Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların dələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur. Digər tərəfdən, daxil olan vətəndaş müraciəti əsasında kibertəhdidlərin qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər həyata keçirilir". Açıqlamada o da qeyd olunub ki, son zamanlar belə halların sayının artmasının başlıca səbəblərindən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirməmələri ilə əlaqədardır: "Belə ki, fərdi məlumatların ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə yerləşdirilməsi, həmçinin bilinməyən mənbələrdən göndərilən şübhəli keçidlər vasitəsilə cihazların zərərverici proqrama yoluxdurulması potensial kiberhücum cəhdlərini asanlaşdırır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan tanımadıqları şəxslərdən gələn zənglərə, iş təkliflərinə, həvəsləndirici tapşırıqlara qarşı diqqətli olmağı, həmçinin bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. Bununla yanaşı, hər hansı bir qurumun adından keçirilən kampaniya tipli məlumatları müvafiq qurumun özü ilə dəqiqləşdirmək tövsiyə olunur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/01/463638445_341:0:3072:2048_1920x0_80_0_0_8519b0f762fbcbb8fbf787102c80486d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank, elektron təhlükəsizlik xidməti, kart, vəsait, oğurluq, oğurluq, elşad hacıyev
bank, elektron təhlükəsizlik xidməti, kart, vəsait, oğurluq, oğurluq, elşad hacıyev
Bank kartlarından növbəti oğurluq: Bu vəsaitlər necə ələ keçirilib?
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında 4 nəfərin bank kartlarından vəsaitləri oğurlayan şəxslər saxlanılıb.
BAKI, 12 iyul — Sputnik. Bakıda bank kartlarından oğurluq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev kibertəhlükəsizliklə bağlı vətəndaşlara müraciətində qeyd edib. Onun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır.
"Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın! "Vətəndaş nə etməlidir, seyfinin açarını naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır" - o vurğulayıb.
ETX-dən bank kartlarından vəsaitlərin oğurlanmasına münasibət
Son vaxtlar vətəndaşların bank kartlarından kiber üsulla onların vəsaitlərinin oğurlanması hallarına rast gəlinir. Xüsusilə, tez-tez insanlara naməlum şəxslər tərəfindən xarici ölkələrə məxsus nömrələrdən, xarici ölkə vətəndaşlarına məxsus sosial şəbəkə hesablarından mesaj və ya zənglər gəlir. Yayılan məlumatlara görə, bu mesaj və ya zənglərə cavab verildikdə onların şəxsi məlumatları ələ keçirilir və ya onlara qarşı digər dələduzluq halları törədilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib ki, qurum tərəfindən qeyd olunan dələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir:
"Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir. Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların dələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur. Digər tərəfdən, daxil olan vətəndaş müraciəti əsasında kibertəhdidlərin qarşısının alınması istiqamətində müvafiq profilaktik tədbirlər həyata keçirilir".
Açıqlamada o da qeyd olunub ki, son zamanlar belə halların sayının artmasının başlıca səbəblərindən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirməmələri ilə əlaqədardır:
"Belə ki, fərdi məlumatların ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə yerləşdirilməsi, həmçinin bilinməyən mənbələrdən göndərilən şübhəli keçidlər vasitəsilə cihazların zərərverici proqrama yoluxdurulması potensial kiberhücum cəhdlərini asanlaşdırır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan tanımadıqları şəxslərdən gələn zənglərə, iş təkliflərinə, həvəsləndirici tapşırıqlara qarşı diqqətli olmağı, həmçinin bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. Bununla yanaşı, hər hansı bir qurumun adından keçirilən kampaniya tipli məlumatları müvafiq qurumun özü ilə dəqiqləşdirmək tövsiyə olunur".