https://sputnik.az/20240712/ermenistan-parlamenti-separatci-rejimin-qulluqculari-barede-qanun-qebul-edib-465983845.html
Ermənistan parlamenti separatçı rejimin qulluqçuları barədə qanun qəbul edib
Ermənistan parlamenti separatçı rejimin qulluqçuları barədə qanun qəbul edib
Sputnik Azərbaycan
Bu dəyişikliklər separatçı rejimdəki MTN-nin keçmiş əməkdaşlarının Ermənistan MTN-də müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi əsas yaradır. 12.07.2024, Sputnik Azərbaycan
2024-07-12T20:37+0400
2024-07-12T20:37+0400
2024-07-12T20:37+0400
ermənistan
dünya xəbərləri
dağlıq qarabağ
dağlıq qarabağ muxtar vilayəti
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687422_359:0:1920:878_1920x0_80_0_0_7cbd527bb4dda09120e324ccaf396ab8.jpg
BAKI, 12 iyul — Sputnik. Ermənistan Milli Assambleyası ikinci və yekun oxunuşda "Dağlıq Qarabağ"ın Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına Ermənistanda analoji strukturda işlə təmin olunmağa icazə verən qanun layihəsini yekdilliklə qəbul edib. "Milli təhlükəsizlik orqanlarında xidmət haqqında" qanuna dəyişiklik hətta müxalifətin "Hayastan" və "Mənim namusum var" fraksiyalarının üzvləri tərəfindən də dəstəklənib. Ermənistan MTN direktorunun müavini Andranik Simonyan əvvəllər qeyd edib ki, bu dəyişikliklər separatçı rejimdəki MTN-nin keçmiş əməkdaşlarının Ermənistan MTN-də müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi əsas yaradır. Qanun layihəsində nəzərdə tutulur ki, Ermənistanın dövlət orqanlarında vakant vəzifələr yarandıqda, 2023-cü il sentyabrın 19-da separatçı rejimdə vəzifə tutmuş şəxslərə xidmətini davam etdirmək imkanı veriləcək. Xatırladaq ki, "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Samvel Şahramanyanın Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı ötən il sentyabrın 28-də imzaladığı fərmana əsasən, 2024-cü il yanvarın 1-dən qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687422_749:0:1920:878_1920x0_80_0_0_e036b7a4c715e437dc38f73030356b0f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, dağlıq qarabağ, dağlıq qarabağ muxtar vilayəti
ermənistan, dağlıq qarabağ, dağlıq qarabağ muxtar vilayəti
Ermənistan parlamenti separatçı rejimin qulluqçuları barədə qanun qəbul edib
Bu dəyişikliklər separatçı rejimdəki MTN-nin keçmiş əməkdaşlarının Ermənistan MTN-də müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi əsas yaradır.
BAKI, 12 iyul — Sputnik. Ermənistan Milli Assambleyası ikinci və yekun oxunuşda "Dağlıq Qarabağ"ın Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına Ermənistanda analoji strukturda işlə təmin olunmağa icazə verən qanun layihəsini yekdilliklə qəbul edib.
"Milli təhlükəsizlik orqanlarında xidmət haqqında" qanuna dəyişiklik hətta müxalifətin "Hayastan" və "Mənim namusum var" fraksiyalarının üzvləri tərəfindən də dəstəklənib.
Ermənistan MTN direktorunun müavini Andranik Simonyan əvvəllər qeyd edib ki, bu dəyişikliklər separatçı rejimdəki MTN-nin keçmiş əməkdaşlarının Ermənistan MTN-də müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi əsas yaradır.
Qanun layihəsində nəzərdə tutulur ki, Ermənistanın dövlət orqanlarında vakant vəzifələr yarandıqda, 2023-cü il sentyabrın 19-da separatçı rejimdə vəzifə tutmuş şəxslərə xidmətini davam etdirmək imkanı veriləcək.
Xatırladaq ki, "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Samvel Şahramanyanın Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı ötən il sentyabrın 28-də imzaladığı fərmana əsasən, 2024-cü il yanvarın 1-dən qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.