Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Birləşdik - 2024" təliminin açılış mərasimi keçirilib - VİDEO

© AR Ministry of Defence"Birləşdik -2024" təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib
Birləşdik -2024 təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub.
BAKI, 12 iyul — Sputnik. Qazaxıstanın Aktau şəhərində keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, hərbi qulluqçuları, media nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb. Sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlardan sonra iştirakçılar üçün hazırlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.
11.07.24, 11:45
"Birləşdik -2024" təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib
"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, hazırlıq mərhələsinin növbəti günündə hərbi qulluqçularımız ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.
© AR Ministry of Defence"Birləşdik -2024" təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib
Birləşdik -2024 təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib - Sputnik Azərbaycan, 1920, 11.07.2024
"Birləşdik -2024" təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib
Qeyd edilib ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
Bildirilib ki, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0