https://sputnik.az/20240711/tehdidlere-qarsi-telimler-turkdilli-olkelerin-herbi-emekdasligi-genislenir-465929219.html
Təhdidlərə qarşı təlimlər: Türkdilli ölkələrin hərbi əməkdaşlığı genişlənir
Təhdidlərə qarşı təlimlər: Türkdilli ölkələrin hərbi əməkdaşlığı genişlənir
Sputnik Azərbaycan
Hərbi ekspeert qeyd edir ki, Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Astanada keçirilən sonuncu sammitində də Avrasiya məkanında yerləşən ölkələrin təhlükəsizlik... 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T09:29+0400
2024-07-11T09:29+0400
2024-07-11T09:29+0400
təlim
hərbi
hərbi təlimlər
birgə təlimlər
azərbaycan
qazaxıstan
dəniz
xəzər dənizi
politoloq
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0a/427891259_0:30:1200:705_1920x0_80_0_0_ddc7d6157500effd9f7e924d4bcc524b.jpg
BAKI, 11 iyul — Sputnik. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək. Təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır. Türk dilli ölkələrin Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən keçiriləcək təlimlərlə bağlı hərbi ekspert Ramil Məmmədli və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar. Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, istənilən təlim ordu üçün vacibdir: "Lakin başqa ölkələrlə birlikdə təlimlərin keçirilməsi daha effektivdir. Bu həmin ölkələrin ordu birləşmələri ilə birgə fəaliyyətin, regional təhlükəsizliyin təmin olunması və bu istiqamətdə həyata keçirləcək əməliyyatların koordinasiya olunması baxımından olduqca vacibdir". Hərbi ekspert qeyd edib ki, məhz bu təlimin də mahiyyətində bu dayanır: "Azərbaycan üçün dost və strateji tərəfdaş olan ölkələrlə döyüş hazırlıqlarının artırılması üçün keçirilən təlimlər hərbi bilik və bacarıqların təkmilləşdirilməsi, yeni biliklərin öyrənilməsi baxımından əhəmiyyətlidir. Burada silah və texnika parkından, qarşılıqlı hərbi texnikalardan istifadə və onlarla tanışlıq imkanı yaranmış olur". "Son dövrlər Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsi, Xəzər dənizi bölgəsi dünyada baş verən proseslərdən kənarda deyil. Bu bölgəyə kənar qüvvələrin müdaxilə üçün fürsət gözlədiyi hər kəsə bəllidir. Bütün arzuolunmaz hallara qarşı region ölkələrinin koordinasiya olunmuş fəaliyyəti zərurətə çevrilib. İstənilən müdaxilənin qarşısının alınması üçün bu vacibdir. Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Astanada keçirilən sonuncu sammitində də Avrasiya məkanında yerləşən ölkələrin təhlükəsizlik və müdafiə formatında birgə fəaliyyətinin zərurəti vurğulanmışdı. Bu baxımdan cari təlimlər xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Qazaxıstanda keçirilən tədbirlər həm türkdilli ölkələrin, həm də digər ölkələrin ordularının bir-biri ilə kordinasiyalı fəaliyyətinin inkişaf etdirilməsinə müsbət töhfə verəcək", Ramil Məmmədli bildirib. Politoloq İlyas Hüseynov isə bildirib ki, Azərbaycanın Vətən Müharibəsindəki qələbəsi Türk Dövlətləri Təşkilatının əlaqələrinə və inkişafına yeni təkan verib. O hesab edir ki, Azərbaycan və Türkiyə başda olmaqla türkdilli ölkələr hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir və bu böyük bir regionu əhatə edir: "Xüsusən də ŞƏT formatı çərçivəsində keçirilən görüşlərdə müdafiə sənayesi və təhlükəsizlik sahəsində fəaliyyətin gücləndirilməsinə vurğu edildi. Çünki bu gün təhlükəsizliyə təhdidlər həm Cənbui Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün mövcuddur. Bu baxımdan yeni əməkdaşlıq imkanlarının araşdırılması və hərbi-texniki əməkdaşlıqların genişləndirilməsi qarşısıalınmazdır". Politoloq qeyd edib ki, Azərbaycanın yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinin təhlükəsiz fəaliyyətini təmin etmək, bu nəqliyyat axınlarının mühafizəsini gücləndirmək bu gün xüsusilə prioritet hesab olunur. "Şimal axın"larında törədilmiş partlayışlar da göstərir ki, məhz bu gün kritik əhəmiyyət kəsb edən infrastrukturun mühafizəsi ən yüksək səviyyədə olmalıdır".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0a/427891259_111:0:1090:734_1920x0_80_0_0_02a4e19f676f9f18c474b7e43ebf463f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
təlim, hərbi təlimlər, birgə təlimlər, azərbaycan, qazaxıstan, dəniz, xəzər dənizi, politoloq
təlim, hərbi təlimlər, birgə təlimlər, azərbaycan, qazaxıstan, dəniz, xəzər dənizi, politoloq
Təhdidlərə qarşı təlimlər: Türkdilli ölkələrin hərbi əməkdaşlığı genişlənir
Hərbi ekspeert qeyd edir ki, Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Astanada keçirilən sonuncu sammitində də Avrasiya məkanında yerləşən ölkələrin təhlükəsizlik və müdafiə formatında birgə fəaliyyətinin zərurəti vurğulanmışdı.
BAKI, 11 iyul — Sputnik. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
Təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.
Türk dilli ölkələrin Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən keçiriləcək təlimlərlə bağlı hərbi ekspert Ramil Məmmədli və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar.
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, istənilən təlim ordu üçün vacibdir: "Lakin başqa ölkələrlə birlikdə təlimlərin keçirilməsi daha effektivdir. Bu həmin ölkələrin ordu birləşmələri ilə birgə fəaliyyətin, regional təhlükəsizliyin təmin olunması və bu istiqamətdə həyata keçirləcək əməliyyatların koordinasiya olunması baxımından olduqca vacibdir".
Hərbi ekspert qeyd edib ki, məhz bu təlimin də mahiyyətində bu dayanır: "Azərbaycan üçün dost və strateji tərəfdaş olan ölkələrlə döyüş hazırlıqlarının artırılması üçün keçirilən təlimlər hərbi bilik və bacarıqların təkmilləşdirilməsi, yeni biliklərin öyrənilməsi baxımından əhəmiyyətlidir. Burada silah və texnika parkından, qarşılıqlı hərbi texnikalardan istifadə və onlarla tanışlıq imkanı yaranmış olur".
"Son dövrlər Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsi, Xəzər dənizi bölgəsi dünyada baş verən proseslərdən kənarda deyil. Bu bölgəyə kənar qüvvələrin müdaxilə üçün fürsət gözlədiyi hər kəsə bəllidir. Bütün arzuolunmaz hallara qarşı region ölkələrinin koordinasiya olunmuş fəaliyyəti zərurətə çevrilib. İstənilən müdaxilənin qarşısının alınması üçün bu vacibdir. Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Astanada keçirilən sonuncu sammitində də Avrasiya məkanında yerləşən ölkələrin təhlükəsizlik və müdafiə formatında birgə fəaliyyətinin zərurəti vurğulanmışdı. Bu baxımdan cari təlimlər xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Qazaxıstanda keçirilən tədbirlər həm türkdilli ölkələrin, həm də digər ölkələrin ordularının bir-biri ilə kordinasiyalı fəaliyyətinin inkişaf etdirilməsinə müsbət töhfə verəcək", Ramil Məmmədli bildirib.
Politoloq İlyas Hüseynov isə bildirib ki, Azərbaycanın Vətən Müharibəsindəki qələbəsi Türk Dövlətləri Təşkilatının əlaqələrinə və inkişafına yeni təkan verib. O hesab edir ki, Azərbaycan və Türkiyə başda olmaqla türkdilli ölkələr hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir və bu böyük bir regionu əhatə edir: "Xüsusən də ŞƏT formatı çərçivəsində keçirilən görüşlərdə müdafiə sənayesi və təhlükəsizlik sahəsində fəaliyyətin gücləndirilməsinə vurğu edildi. Çünki bu gün təhlükəsizliyə təhdidlər həm Cənbui Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün mövcuddur. Bu baxımdan yeni əməkdaşlıq imkanlarının araşdırılması və hərbi-texniki əməkdaşlıqların genişləndirilməsi qarşısıalınmazdır".
Politoloq qeyd edib ki, Azərbaycanın yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinin təhlükəsiz fəaliyyətini təmin etmək, bu nəqliyyat axınlarının mühafizəsini gücləndirmək bu gün xüsusilə prioritet hesab olunur. "Şimal axın"larında törədilmiş partlayışlar da göstərir ki, məhz bu gün kritik əhəmiyyət kəsb edən infrastrukturun mühafizəsi ən yüksək səviyyədə olmalıdır".