https://sputnik.az/20240711/sumqayitda-zavodda-kutlevi-zeherlenme-fakti-uzre-cinayet-isi-baslanib-465951081.html
Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı üzrə cinayət işi başlanıb
Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı üzrə cinayət işi başlanıb
Sputnik Azərbaycan
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib. 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T13:48+0400
2024-07-11T13:48+0400
2024-07-11T14:41+0400
zəhərlənmə
cəmiyyət
zavod
sumqayıt
prokurorluq
azərbaycan
səhlənkarlıq
yeməkxana
https://cdnn1.img.sputnik.az/img/40916/14/409161418_0:0:2399:1350_1920x0_80_0_0_05ef10624f984b070e4eebb5906a627c.jpg
BAKI, 11 iyul — Sputnik. Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır. Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40916/14/409161418_112:0:2231:1589_1920x0_80_0_0_614e9d9c592b8bc8de616cbced227d9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəhərlənmə, zavod, sumqayıt, prokurorluq, azərbaycan, səhlənkarlıq, yeməkxana
zəhərlənmə, zavod, sumqayıt, prokurorluq, azərbaycan, səhlənkarlıq, yeməkxana
Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı üzrə cinayət işi başlanıb
13:48 11.07.2024 (Yenilənib: 14:41 11.07.2024) İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
BAKI, 11 iyul — Sputnik. Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.