Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Simonyan Bakı ilə sülh prosesindəki ümidlərindən danışdı

© Sputnik Асатур Есаянц / Mediabanka keçidAlen Simonyan
Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Parlamentin növbədənkənar iclasında çıxışı zamanı o qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalıdır.
BAKI, 11 iyul — Sputnik. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycanla sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Parlamentin növbədənkənar iclasında çıxışı zamanı o qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da bir neçə onilliklər davam etmiş və iki dağıdıcı müharibəyə səbəb olmuş düşmənçiliyə son qoyulmalıdır.
"Hayastan" fraksiyasından olan müxalifətçi deputat Artur Xaçatryan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyana müraciət edərək, Tavuşda və Sünikin Şurnux kəndindən qoşunlar çıxarıldıqdan sonra neçə kilometr ərazinin Azərbaycana keçdiyini soruşub.
Simonyan özü Tovmasyanın yerinə cavab verib. O, tribunaya yaxınlaşaraq bildirib ki, bunu artıq "mininci dəfə" təkrar etmək məcburiyyətindədir - Ermənistanın torpağının bir santimetri belə heç kimə təslim etməyib:

"Xaçatryanın qeyd etdiyi ərazilərə gəlincə, orada Azərbaycana ev, köşk, kiçik tövlə və bəlkə də daha bir yarımçıq tikili verilib", - Simonyan deyib.

Onun sözlərinə görə, yerli sakinlərə müvafiq kompensasiya verilib.
Dünən Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Danışıqlardan sonra tərəflər sülh müqaviləsinin imzalanmasında irəliləyişin olduğunu bəyan ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0