Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Azərbaycana dabaq xəstəliyinə qarşı pulsuz vaksin təqdim edə bilər

© Photo : Rosselkhoznadzor AQTA rəhbəri Qoşqar Təhməzli Moskvada “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert ilə görüşüb
AQTA rəhbəri Qoşqar Təhməzli Moskvada “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
AQTA və “Rosselxoznadzor” rəsmiləri bunları müzakirə ediblər.
BAKI, 11 iyul - Sputnik. İyulun 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli Moskvada Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüşüb. Bu barədə “Rosselxoznadzor” xəbər yayıb.
Bildirilir ki, tərəflər iki ölkə arasındakı balanslaşdırılmış ticarət dövriyyəsindən məmnun olduqlarını ifadə ediblər.
Belə ki, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin (FGX) məlumatına əsasən, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ticarət dövriyyəsi 2023-cü ilin birinci yarım ili ərzində 678,8 milyon ABŞ dolları, 2024-cü ilin birinci yarım ili ərzində isə 705,9 milyon ABŞ dolları təşkil edib.
© Photo : Rosselkhoznadzor AQTA rəhbəri Qoşqar Təhməzli Moskvada “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert ilə görüşüb
AQTA rəhbəri Qoşqar Təhməzli Moskvada “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 11.07.2024
AQTA rəhbəri Qoşqar Təhməzli Moskvada “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert ilə görüşüb
Bu ilin yanvar-iyun aylarında şəkər çuğunduru və şəkər qamışı, diri heyvanlar, günəbaxan və palma yağı, quş əti və ev quşlarının ətindən istehsal olunan məhsulların tədarükünün artması səbəbindən Rusiyanın Azərbaycana ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çox olub.
Azərbaycandan idxal olunan məhsulların həcmi kərə yağı, təzə pomidor, xurma və fındıq idxalı hesabına artıb. Bundan əlavə, Azərbaycandan yumurta tədarükünə də başlanılıb.
Sergey Dankvert Qoşqar Təhməzli heyvandarlıq məhsullarının istehsalında antibiotiklərin istifadəsinə nəzarət məsələsini müzakirə ediblər. Pərakəndə və topdansatış şəbəkələrində, heyvandarlıq təsərrüfatlarında antimikrobiyal müqavimət tələblərinə cavab vermək üçün ölkədə istifadə olunan antibiotiklərin və baytarlıq dərmanlarının dövriyyəsinin monitorinqi üzrə təcrübə mübadiləsi barədə razılıq əldə olunub.
İqtisadi münasibətlərin inkişafından danışan Qoşqar Təhməzli Azərbaycan tərəfinin Rusiyaya heyvandarlıq məhsullarının, o cümlədən yumurta və kərə yağının tədarükünü artırmağa hazır olduğunu bildirib. Bundan başqa, Azərbaycanın vaksin istehsalı sahəsində elmi əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Mehriban qonşuluq münasibətlərini və ərazilərimizin həmsərhəd olduğunu nəzərə alaraq, Rusiya Federal Xidmətinin rəhbəri azərbaycanlı həmkarına SAT-2 dabaq serotipinə qarşı pulsuz polivalent vaksininin təqdim edilməsinin mümkünlüyünü təsdiqləyib.
Bundan əlavə, tərəflər bitki sağlamlığı və bioloji pestisidlərin istifadəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycanlı nümayəndələr Rusiya istehsalı olan feromon tələlərin tətbiqində, o cümlədən Rusiyanın “Rosselxoznadzor” xidmətinin tabeliyindəki “Ümumrusiya bitkilərin karantin mərkəzi” Federal Dövlət Büdcə Təşkilatı ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.
Qoşqar Təhməzli Rusiya və Azərbaycanın səlahiyyətli xidmətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, habelə təbii xammaldan bioloji pestisidlərin və pestisidlərin istehsalı, bitkilərin bioloji mühafizəsi sahəsində təcrübəsi ilə tanış olmaq məqsədilə Rusiya nümayəndə heyəti ilə görüşməyə hazır olduğunu bildirib.
Sonda tərəflər ikitərəfli ticarət məsələlərini konstruktiv şəkildə həll etməyə imkan verən agentliklərarası əməkdaşlığın yüksək səviyyəsinin qorunması barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0