https://sputnik.az/20240711/reqabet-mecellesi-mehkemelerde-nece-isleyecek-465955326.html
Rəqabət Məcəlləsi məhkəmələrdə necə işləyəcək?
Rəqabət Məcəlləsi məhkəmələrdə necə işləyəcək?
Sputnik Azərbaycan
Sədr müavini qeyd edib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək. 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T21:39+0400
2024-07-11T21:39+0400
2024-07-11T22:02+0400
cəmiyyət
rəqabət məcəlləsi
azərbaycan
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660622_0:160:3072:1888_1920x0_80_0_0_8f840d1bbef26b1da11ee7817f5e9550.jpg
BAKI, 11 iyul — Sputnik. "İnzibati məhkəmələrdə kifayət qədər peşəkar hakimlər fəaliyyət göstərir. Ona görə də, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı problemlər olmayacaq. Sənəd qəbulu uğurla tətbiq ediləcək". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri I Milli Rəqabət Forumunda Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bildirib. Sədr müavini qeyd edib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək. Onun sözlərinə görə, bununla bağlı inzibati məhkəmələrdə maarifləndirmə işləri aparılacaq. Rəqabət Məcəlləsi haqqında qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minib və qanunun qüvvəyə mindiyi gündən "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanunları ləğv edilir. 12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660622_171:0:2902:2048_1920x0_80_0_0_f1df8d09caf81d72a759e3d892c5b111.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rəqabət məcəlləsi, azərbaycan, məhkəmə
rəqabət məcəlləsi, azərbaycan, məhkəmə
Rəqabət Məcəlləsi məhkəmələrdə necə işləyəcək?
21:39 11.07.2024 (Yenilənib: 22:02 11.07.2024) Sədr müavini qeyd edib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək.
BAKI, 11 iyul — Sputnik. "İnzibati məhkəmələrdə kifayət qədər peşəkar hakimlər fəaliyyət göstərir. Ona görə də, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı problemlər olmayacaq. Sənəd qəbulu uğurla tətbiq ediləcək". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri I Milli Rəqabət Forumunda Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bildirib.
Sədr müavini qeyd edib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək. Onun sözlərinə görə, bununla bağlı inzibati məhkəmələrdə maarifləndirmə işləri aparılacaq.
Rəqabət Məcəlləsi haqqında qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minib və qanunun qüvvəyə mindiyi gündən "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanunları ləğv edilir.
12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.