https://sputnik.az/20240711/pezeskian-azerbaycan-ran-munasibetlerinde-donus-yarada-bilecekmi-465941438.html
Pezeşkian Azərbaycan-İran münasibətlərində dönüş yarada biləcəkmi?
Pezeşkian Azərbaycan-İran münasibətlərində dönüş yarada biləcəkmi?
Sputnik Azərbaycan
Siyasi şərhçi hesab edir ki, İranın Cənubi Qafqaza, Azərbaycana, habelə Zəngəzur dəhlizinə münasibəti dəyişməyəcək. 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T12:58+0400
2024-07-11T12:58+0400
2024-07-11T15:03+0400
iran prezidenti məsud pezeşkian
siyasət
azərbaycan
ekspert
siyasi
dini
prezident
millət vəkili
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0a/465941271_0:320:3072:2048_1920x0_80_0_0_3e9ae2a8042a9d7f9ebc6be13b88f085.jpg
BAKI, 11 iyul — Sputnik. İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Telefon danışığı zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Ekspertlər yeni seçilmiş İran prezidentinin etnik mənsubiyyətinə görə, Azərbaycan-İran münasibətlərində dönüş yaranacağına dair fikirlər səsləndirirlər. Digər bir qisim isə hesab edir ki, İran İslam Respublikasında etnik kimliyin dövlət idarəetməsində təsir yükü o qədər də əhəmiyyət daşımır. Amma diqqət edilməli faktor həm də Məsud Pezeşkianın islahatçı qanadı təmsil etməsidir. Bəs islahatçı Pezeşkian son bir neçə ildə gərginliyin pik həddə çatdığı iki ölkə münasibətində dönüş yarada biləcəkmi? Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər. Millət vəkili Arzu Nağıyev bildirir ki, Pezeşkian İran siyasətində yetərincə tanınmış və nüfuzlu şəxsdir:"Onun prezidentliyə qədərki fəaliyyət dövrü zəngindir. Bu gün İran prezidentinin milli mənsubiyyəti ilə bağlı fikirlər səsləndirilir. Ancaq unutmaq olmaz ki, prezident dövlət siyasətini davam etdirməlidir. Azərbaycan-İran münasibətləri siyasi gərginliklərin ardınca yenidən inkişaf edir. Pezeşkianın prezidentliyi dövründə də bu istiqamətdə müsbət addımlar atılacaq. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyi İranın dövlət maraqlarına uyğun olaraq müəyyən ediləcək. Bu baxımdan İranın yeni prezidentinin ölkənin xarici siyasətində köklü dəyişikliklər edəcəyini düşünmürəm". Arzu Nağıyev onu da qeyd edib ki, Pezeşkianın islahatçı kimliyi əlaqələrimizdəki müsbət dinamikaya öz təsirini göstərə bilər:Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyir ki, Məsud Pezeşkian İran hökumətinin başçısıdır. İran dövlətinin başçısı isə ali rəhbərdir:"Bu o deməkdir ki, Pezeşkian dövlət başçısının daxili və xarici siyasətinin icraçısıdır. İran dünyadakı standart idarəetmə sistemlərinin heç birinə uyğun gəlmir. Bu ölkənin ali icraedici, ali qanunverici və məhkəmə sistemi də var. Odur ki, ali rəhbər ayətullah Seyid Əli Xamənei Azərbaycana, eləcə də Cənubi Qafqaza yönəlik hansı siyasi kursu irəli sürsə yeni prezident də onu həyata keçirəcək". Sədrəddin Soltan Pezeşkianın islahatçı kimi təqdim olunmasına da münasibət bildirib:Siyasi şərhçi həmçinin qeyd edib ki, Azərbaycan dövlət başçıları ilə bütün görüşlərdə İran liderləri tarixi köklər, mədəni bağlılıqlara vurğu ediblər:"Bütün bunlar protokol qaydalarından irəli gələn ifadələrdir. İranın ali rəhbəri Azərbaycana yönəlik hansı kursu seçsə, Pezeşkian da bunu icra edəcək. Cənubi Qafqazla bağlı siyasət Tehranın prioritet məsələləri sırasındadır. Ona görə Məsud Pezeşkianın hökumətinin Azərbaycana, Ermənistana, Gürcüstana yönəli siyasəti maraq doğurur". Onun qənaətinə görə, İranın Cənubi Qafqaza, Azərbaycana, habelə Zəngəzur dəhlizinə münasibəti dəyişməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240709/mesud-pezeskian-azerbaycan-prezidentini-rana-resmi-sefere-devet-edib-465918831.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0a/465941271_341:0:3072:2048_1920x0_80_0_0_32d389c40b05a73c71fb8849df34ab02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran prezidenti məsud pezeşkian, azərbaycan, ekspert, siyasi, dini, prezident, millət vəkili, münasibətlər
iran prezidenti məsud pezeşkian, azərbaycan, ekspert, siyasi, dini, prezident, millət vəkili, münasibətlər
Pezeşkian Azərbaycan-İran münasibətlərində dönüş yarada biləcəkmi?
12:58 11.07.2024 (Yenilənib: 15:03 11.07.2024) Siyasi şərhçi hesab edir ki, İranın Cənubi Qafqaza, Azərbaycana, habelə Zəngəzur dəhlizinə münasibəti dəyişməyəcək.
BAKI, 11 iyul — Sputnik. İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Telefon danışığı zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.
Ekspertlər yeni seçilmiş İran prezidentinin etnik mənsubiyyətinə görə, Azərbaycan-İran münasibətlərində dönüş yaranacağına dair fikirlər səsləndirirlər. Digər bir qisim isə hesab edir ki, İran İslam Respublikasında etnik kimliyin dövlət idarəetməsində təsir yükü o qədər də əhəmiyyət daşımır. Amma diqqət edilməli faktor həm də Məsud Pezeşkianın islahatçı qanadı təmsil etməsidir. Bəs islahatçı Pezeşkian son bir neçə ildə gərginliyin pik həddə çatdığı iki ölkə münasibətində dönüş yarada biləcəkmi?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev bildirir ki, Pezeşkian İran siyasətində yetərincə tanınmış və nüfuzlu şəxsdir:
"Onun prezidentliyə qədərki fəaliyyət dövrü zəngindir. Bu gün İran prezidentinin milli mənsubiyyəti ilə bağlı fikirlər səsləndirilir. Ancaq unutmaq olmaz ki, prezident dövlət siyasətini davam etdirməlidir. Azərbaycan-İran münasibətləri siyasi gərginliklərin ardınca yenidən inkişaf edir. Pezeşkianın prezidentliyi dövründə də bu istiqamətdə müsbət addımlar atılacaq. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyi İranın dövlət maraqlarına uyğun olaraq müəyyən ediləcək. Bu baxımdan İranın yeni prezidentinin ölkənin xarici siyasətində köklü dəyişikliklər edəcəyini düşünmürəm".
Arzu Nağıyev onu da qeyd edib ki, Pezeşkianın islahatçı kimliyi əlaqələrimizdəki müsbət dinamikaya öz təsirini göstərə bilər:
"İranın xarici siyasətini ali dini şura və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müəyyən edir. Hesab edirəm ki, ümumi maraqların təmin edilməsi baxımından Pezeşkianın prezident seçilməsi müsbət hadisədir. Cənub qonşumuz həm region daxilində, həm də regionumuzdan kənarda cərəyan edən bir çox proseslərin mərkəzində və ya arxasında dayanır. İran dünya dövlətləri ilə münasibətlərinin normallaşdırılması üçün Azərbaycana müraciət edə bilər. Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrdə İranın əhəmiyyəti danılmazdır".
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyir ki, Məsud Pezeşkian İran hökumətinin başçısıdır. İran dövlətinin başçısı isə ali rəhbərdir:
"Bu o deməkdir ki, Pezeşkian dövlət başçısının daxili və xarici siyasətinin icraçısıdır. İran dünyadakı standart idarəetmə sistemlərinin heç birinə uyğun gəlmir. Bu ölkənin ali icraedici, ali qanunverici və məhkəmə sistemi də var. Odur ki, ali rəhbər ayətullah Seyid Əli Xamənei Azərbaycana, eləcə də Cənubi Qafqaza yönəlik hansı siyasi kursu irəli sürsə yeni prezident də onu həyata keçirəcək".
Sədrəddin Soltan Pezeşkianın islahatçı kimi təqdim olunmasına da münasibət bildirib:
"Pezeşkian islahatçı kimi təqdim olunur və idda edilir ki, bu, Azərbaycanla münasibətlərə öz təsirini göstərəcək. Ancaq xatırlamaq lazımdır ki, Rəfsəncani, Məhəmməd Xatəmi və Həsən Ruhani də islahatçı idi. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə həmin bu rəhbərlər Ermənistana yardımlar edirdilər. 44 günlük Vətən müharibəsi dövründə göndərilən silahlar İran vasitəsilə Ermənistana ötürülürdü. Sonuncu prezident İbrahim Rəisinin dövründə də Azərbaycana qarşı, qonşuluqdan və müsəlmanlıqdan uzaq hikkəli siyasəti davam etmişdi. Tehrandakı səfirliyimizə hücum edilmişdi. Bütün bunlar onu göstərir ki, prezidentlərin islahatçı, mühafizəkar olmasından asılı olmayaraq Azərbaycan-İran münasibətlərinin inkişafına təsir edən şəxslər prezidentlər deyil. İranın ölkəmizlə münasibətlərinə istiqamət verən İranın ali rəhbəridir".
Siyasi şərhçi həmçinin qeyd edib ki, Azərbaycan dövlət başçıları ilə bütün görüşlərdə İran liderləri tarixi köklər, mədəni bağlılıqlara vurğu ediblər:
"Bütün bunlar protokol qaydalarından irəli gələn ifadələrdir. İranın ali rəhbəri Azərbaycana yönəlik hansı kursu seçsə, Pezeşkian da bunu icra edəcək. Cənubi Qafqazla bağlı siyasət Tehranın prioritet məsələləri sırasındadır. Ona görə Məsud Pezeşkianın hökumətinin Azərbaycana, Ermənistana, Gürcüstana yönəli siyasəti maraq doğurur".
Onun qənaətinə görə, İranın Cənubi Qafqaza, Azərbaycana, habelə Zəngəzur dəhlizinə münasibəti dəyişməyəcək.
"Tehran hesab edir ki, bu layihənin reallaşması onun geosiyasi maraqlarına ciddi zərbə vuracaq. Məsud Pezeşkian Azərbaycanla bağlı bu siyasəti dəyişmək gücündə deyil", - Sədrəddin Soltan deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.