https://sputnik.az/20240711/fransa-cenubi-qafqazi-munaqise-zonasina-cevirmeye-calisir---qafarova-465974119.html
Fransa Cənubi Qafqazı münaqişə zonasına çevirməyə çalışır - Qafarova
Fransa Cənubi Qafqazı münaqişə zonasına çevirməyə çalışır - Qafarova
Sputnik Azərbaycan
Cari ilin iyun ayında Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında... 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T20:24+0400
2024-07-11T20:24+0400
2024-07-11T20:24+0400
azərbaycan xəbərləri
briks
forum
rusiya
fransa
ermənistan
münaqişə
azərbaycan
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_0:83:1600:983_1920x0_80_0_0_afb3aa21987d9e9d58cf1b984610d1c2.jpg
BAKI, 11 iyul - Sputnik. Fransa Cənubi Qafqazı münaqişə zonasına çevirməyə çalışır. Belə bir bəyanatla Azərbaycanın VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova X BRİKS Parlament Forumunun plenar iclasında çıxışı edib.Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirir.Qeyd edək ki, 2020-ci ilin sentyabrında Qarabağda döyüşlər yenidən başlanıb. Moskvanın vasitəçiliyi ilə noyabrın 10-na keçən gecə tərəflər atəşi dayandırmaq barədə razılığa gəliblər. Rusiya sülhməramlıları müvəqqəti olaraq bölgədə yerləşdirilib.Bundan təxminən üç il sonra Bakı sentyabrın 19-da Qarabağda bir sutkadan da az davam edən antiterror əməliyyatına başlayıb. Nəticədə Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünü tam bərpa edildiyini bəyan edib.2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.Ötən il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlama yayaraq media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verildiyinə diqqət çəkib.Bildirilib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_90:0:1511:1066_1920x0_80_0_0_0e60998eea46841d5268a9c17c4ca0fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
briks , forum, rusiya, fransa, ermənistan, münaqişə, azərbaycan, cənubi qafqaz
briks , forum, rusiya, fransa, ermənistan, münaqişə, azərbaycan, cənubi qafqaz
Fransa Cənubi Qafqazı münaqişə zonasına çevirməyə çalışır - Qafarova
Cari ilin iyun ayında Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumatlar yayılıb.
BAKI, 11 iyul - Sputnik. Fransa Cənubi Qafqazı münaqişə zonasına çevirməyə çalışır. Belə bir bəyanatla Azərbaycanın VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova X BRİKS Parlament Forumunun plenar iclasında çıxışı edib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirir.
"Sülh şansları artdıqca prosesə müdaxilə cəhdləri də tez-tez baş verir. Fransa açıq şəkildə region ölkələrinə qarşı oxşar yanaşma nümayiş etdirir. Bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma zonasına və özünün neokolonial praktikasına çevirməyə çalışır”, - Qafarova qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrında Qarabağda döyüşlər yenidən başlanıb. Moskvanın vasitəçiliyi ilə noyabrın 10-na keçən gecə tərəflər atəşi dayandırmaq barədə razılığa gəliblər. Rusiya sülhməramlıları müvəqqəti olaraq bölgədə yerləşdirilib.
Bundan təxminən üç il sonra Bakı sentyabrın 19-da Qarabağda bir sutkadan da az davam edən antiterror əməliyyatına başlayıb. Nəticədə Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünü tam bərpa edildiyini bəyan edib.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Ötən il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlama yayaraq media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verildiyinə diqqət çəkib.
Bildirilib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
"Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq", - Nazirliyin açıqlamasında bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.