https://sputnik.az/20240711/dovlet-bagcalarinda-yer-tapmayan-valideynler-ozel-bagcalara-gonderilecekler-465965090.html
Dövlət bağçalarında yer tapmayan valideynlər özəl bağçalara göndəriləcəklər
Dövlət bağçalarında yer tapmayan valideynlər özəl bağçalara göndəriləcəklər
Sputnik Azərbaycan
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T18:27+0400
2024-07-11T18:27+0400
2024-07-11T18:27+0400
uşaq bağçası
təhsil
qəbul
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437499728_501:89:3105:1554_1920x0_80_0_0_e23d414a7b8009acd05c0c7c9dd26305.jpg
BAKI, 11 iyul — Sputnik. Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 29 iyul 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437499728_374:0:3105:2048_1920x0_80_0_0_19d677ea6a6564aa640ab6cadc064bbd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq bağçası, qəbul, azərbaycan
uşaq bağçası, qəbul, azərbaycan
Dövlət bağçalarında yer tapmayan valideynlər özəl bağçalara göndəriləcəklər
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.
BAKI, 11 iyul — Sputnik. Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir. Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu preschool.grants@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.
Sənəd qəbulu üçün son müraciət tarixi 29 iyul 2024-cü ildir.
Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.