Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN-in hərbi qulluqçusu vəfat edib

© AFP 2024 / SHAH MARAISilahlı hərbi qulluqçu, arxiv
Silahlı hərbi qulluqçu, arxiv - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Xidmətdə müsbət xarakterizə olunan Xanlar Əhmədov əsgər kimi Daxili Qoşunlarda xidmət edib, sonra onun istəyi nəzərə alınaraq müddətdən artıq hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətini davam etdirib.
BAKI, 11 iyul — Sputnik. İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Araşdırma aparılır.
Qeyd edək ki, xidmətdə müsbət xarakterizə olunan Xanlar Əhmədov əsgər kimi Daxili Qoşunlarda xidmət edib, sonra onun istəyi nəzərə alınaraq müddətdən artıq hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətini davam etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0