https://sputnik.az/20240711/bas-nazir-eli-esedov-yeni-qerar-imzalayib-465963857.html
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
Sputnik Azərbaycan
Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədlərin formaları" təsdiq edilib. 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T17:09+0400
2024-07-11T17:09+0400
2024-07-11T18:53+0400
iqtisadiyyat
şəhadətnamə
yük avtomobili
azərbaycan
proqram
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_0:160:3072:1888_1920x0_80_0_0_b9fc6ed7315a621a470ba3184fbfd45f.jpg
BAKI, 11 iyul — Sputnik. Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləğini təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası" və "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədlərin formaları" təsdiq edilib.Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının nəticələrinə dair qiymətləndirmənin aparılmasına görə operatorun məsul şəxsi və ya beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən ödənilən haqqın məbləği 60 manat müəyyən olunub. Qərar "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram"ı bitirmək haqqında etibarlılıq müddəti başa çatmamış şəhadətnamələrə malik olan şəxslərə şamil edilmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_171:0:2902:2048_1920x0_80_0_0_18144e78482c61403902db5b5bf91611.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhadətnamə, yük avtomobili, azərbaycan, proqram, əli əsədov
şəhadətnamə, yük avtomobili, azərbaycan, proqram, əli əsədov
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
17:09 11.07.2024 (Yenilənib: 18:53 11.07.2024) Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədlərin formaları" təsdiq edilib.
BAKI, 11 iyul — Sputnik. Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləğini təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası" və "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədlərin formaları" təsdiq edilib.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının nəticələrinə dair qiymətləndirmənin aparılmasına görə operatorun məsul şəxsi və ya beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən ödənilən haqqın məbləği 60 manat müəyyən olunub.
Qərar "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram"ı bitirmək haqqında etibarlılıq müddəti başa çatmamış şəhadətnamələrə malik olan şəxslərə şamil edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.