https://sputnik.az/20240711/azerbaycanda-reqabetin-inkisafi-ucun-milli-fealiyyet-plani-hazirlanib-465950561.html
Azərbaycanda rəqabətin inkişafı üçün Milli Fəaliyyət Planı hazırlanıb
Azərbaycanda rəqabətin inkişafı üçün Milli Fəaliyyət Planı hazırlanıb
Sputnik Azərbaycan
Ümid edirik ki, qısa müddətdə bu yeni fəaliyyət planı təsdiqləndikdən sonra rəqabət qanunvericiliyinin ölkədə mənimsədilməsi və mədəniyyət formasına... 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T11:35+0400
2024-07-11T11:35+0400
2024-07-11T12:19+0400
iqtisadiyyat
rəqabət məcəlləsi
azərbaycan
milli
fəaliyyət
plan
qanun
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447088162_0:0:1000:563_1920x0_80_0_0_09566f949cf3de1f39cebe0185ffa268.jpg
BAKI, 11 iyul — Sputnik. Azərbaycanda Rəqabət Məcəlləsi ilə yanaşı rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planı hazırlanıb. Bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. O, bildirib ki, sənəd hökumətdə razılaşdırma prosesindədir: Rəqabət Məcəlləsi haqqında qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minib və qanunun qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir.12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447088162_168:0:1000:624_1920x0_80_0_0_be02726aae9b54f29b854a9bdb05ccb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rəqabət məcəlləsi, azərbaycan, milli, fəaliyyət, plan, qanun
rəqabət məcəlləsi, azərbaycan, milli, fəaliyyət, plan, qanun
Azərbaycanda rəqabətin inkişafı üçün Milli Fəaliyyət Planı hazırlanıb
11:35 11.07.2024 (Yenilənib: 12:19 11.07.2024) Ümid edirik ki, qısa müddətdə bu yeni fəaliyyət planı təsdiqləndikdən sonra rəqabət qanunvericiliyinin ölkədə mənimsədilməsi və mədəniyyət formasına keçilməsində vacib alətə çevriləcək.
BAKI, 11 iyul — Sputnik. Azərbaycanda Rəqabət Məcəlləsi ilə yanaşı rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planı hazırlanıb.
Bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O, bildirib ki, sənəd hökumətdə razılaşdırma prosesindədir:
"Ümid edirik ki, qısa müddətdə bu yeni fəaliyyət planı təsdiqləndikdən sonra rəqabət qanunvericiliyinin ölkədə mənimsədilməsi və mədəniyyət formasına keçilməsində vacib alətə çevriləcək. Milli Fəaliyyət Planının tətbiq edəcəyi mexanizmlər çoxdur. Bu planda nəinki rəqabət orqanının, bütün dövlət qurumlarının, tənzimləyici nəzarət orqanlarının üzərinə rəqabətin təşviqi və inhisarçılığın qarşısının alınması üzrə konkret vaxtlar üzərindən öhdəliklər qoyulacaq".
Rəqabət Məcəlləsi haqqında qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minib və qanunun qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir.
12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.