Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda nağd pul kütləsi artıb

Pul - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Məlumata görə, nəticədə tədavüldə olan nağd pul kütləsi 2,6 milyard manat (73 milyon ədəd) və yaxud 17,7 % artaraq 17,31 milyard manat (947 milyon ədəd) təşkil edib.
BAKI, 11 iyul — Sputnik. 2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 5,47 milyard manatlıq (495,5 milyon ədəd) pul nişanını dövriyyədən çıxarıb, əvəzində 8,07 milyard manatlıq (568,3 milyon ədəd) pul nişanını dövriyyəyə buraxıb.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, nəticədə tədavüldə olan nağd pul kütləsi 2,6 milyard manat (73 milyon ədəd) və yaxud 17,7 % artaraq 17,31 milyard manat (947 milyon ədəd) təşkil edib.
AMB ötən il iqtisadiyyatın tələbinin ödənilməsi məqsədilə 547,35 milyon manatlıq (97,87 milyon ədəd) kağız və 3,6 milyon manatlıq (18,7 milyon ədəd) metal pul nişanlarını istehsal edərək ölkəyə gətirib və milli valyuta üzrə ehtiyatları 12,62 milyard manata (582,8 milyon ədəd) çatdırıb.
Bundan başqa, tənzimləyici qurum il ərzində 1,78 milyard manatlıq (103 milyon ədəd) yararsız kağız pul nişanlarını yeniləri ilə əvəz edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0