https://sputnik.az/20240710/stoltenberq-nato-ucun-en-boyuk-tehlukenin-adini-cekib-465939498.html
Stoltenberq NATO üçün ən böyük təhlükənin adını çəkib
Stoltenberq NATO üçün ən böyük təhlükənin adını çəkib
Sputnik Azərbaycan
Stoltenberq bildirib ki, NATO Rusiyanın qalib gəlməsinə imkan verə bilməz, çünki bu, "onilliklərin ən böyük təhlükəsi" olacaq. 10.07.2024, Sputnik Azərbaycan
2024-07-10T17:29+0400
2024-07-10T17:29+0400
2024-07-10T17:30+0400
yens stoltenberq
dünya xəbərləri
nato
nato
nato-nun baş katibi
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238452_0:159:3078:1890_1920x0_80_0_0_484344404547561e55834b117f5c6d8a.jpg
BAKI, 10 iyul — Sputnik. Rusiyanın Ukrayna münaqişəsində qələbəsi Şimali Atlantika Alyansı üçün ən böyük təhlükədir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Bu barədə "RİA Novosti" yazıb. Stoltenberq Vaşinqtonda NATO sammitinin açılış mərasimində müvafiq bəyanatla çıxış edib. O, bildirib ki, NATO Rusiyanın qalib gəlməsinə imkan verə bilməz, çünki bu, "onilliklərin ən böyük təhlükəsi" olacaq. Baş katibin sözlərinə görə, Moskvanın qələbəsi alyansın digər əleyhdarları: İran, Çin və Şimali Koreya üçün stimul ola bilər. Bundan əvvəl Vyanadakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov demişdi ki, Qərbin Moskvanı "strateji məğlubiyyətə uğratmaq" istəyi nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər. Onun fikrincə, Ukrayna münaqişəsi fonunda Qərb Rusiya ilə "qarşıdurma girdabına getdikcə daha da dərin baş vurur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238452_174:0:2905:2048_1920x0_80_0_0_2aea32d374de8b50c4bf8ef5ece24335.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yens stoltenberq, nato, nato, nato-nun baş katibi, rusiya
yens stoltenberq, nato, nato, nato-nun baş katibi, rusiya
Stoltenberq NATO üçün ən böyük təhlükənin adını çəkib
17:29 10.07.2024 (Yenilənib: 17:30 10.07.2024) Stoltenberq bildirib ki, NATO Rusiyanın qalib gəlməsinə imkan verə bilməz, çünki bu, "onilliklərin ən böyük təhlükəsi" olacaq.
BAKI, 10 iyul — Sputnik. Rusiyanın Ukrayna münaqişəsində qələbəsi Şimali Atlantika Alyansı üçün ən böyük təhlükədir.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Bu barədə "RİA Novosti" yazıb.
Stoltenberq Vaşinqtonda NATO sammitinin açılış mərasimində müvafiq bəyanatla çıxış edib. O, bildirib ki, NATO Rusiyanın qalib gəlməsinə imkan verə bilməz, çünki bu, "onilliklərin ən böyük təhlükəsi" olacaq.
Baş katibin sözlərinə görə, Moskvanın qələbəsi alyansın digər əleyhdarları: İran, Çin və Şimali Koreya üçün stimul ola bilər.
Bundan əvvəl Vyanadakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov demişdi ki, Qərbin Moskvanı "strateji məğlubiyyətə uğratmaq" istəyi nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər. Onun fikrincə, Ukrayna münaqişəsi fonunda Qərb Rusiya ilə "qarşıdurma girdabına getdikcə daha da dərin baş vurur".