https://sputnik.az/20240710/azerbaycanda-seckilerde-musahidecilere-yox-cavabi-verilmeyib-465932617.html
Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib
Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib
Sputnik Azərbaycan
MSK sədri deyib ki, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. 10.07.2024, Sputnik Azərbaycan
2024-07-10T13:01+0400
2024-07-10T13:01+0400
2024-07-10T13:40+0400
mərkəzi seçki komissiyası
siyasət
müşahidəçi
müşahidəçilər
məzahir pənahov
mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
məzahir pənahov
https://cdnn1.img.sputnik.az/img/40715/35/407153588_0:0:2001:1125_1920x0_80_0_0_eb598cfb89277b992d7ff324db920279.jpg
BAKI, 10 iyul — Sputnik. Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib, indiyə qədər belə hal olmayıb. Bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, seçkilərdə aşkarlığın yaradılması və media qurumlarının fəaliyyətinin təmin edilməsi də mühümdür: "Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkini müşahidə etmək üçün heç yerdən qeydiyyatdan keçmir. Jurnalistlər iş vəsiqələri ilə seçkini işıqlandırırlar, seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var". Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40715/35/407153588_136:0:1843:1280_1920x0_80_0_0_ff6d88eb05b1435cacec52c4abc17323.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi seçki komissiyası, müşahidəçi, müşahidəçilər, məzahir pənahov, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov, məzahir pənahov
mərkəzi seçki komissiyası, müşahidəçi, müşahidəçilər, məzahir pənahov, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov, məzahir pənahov
Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib
13:01 10.07.2024 (Yenilənib: 13:40 10.07.2024) MSK sədri deyib ki, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır.
BAKI, 10 iyul — Sputnik. Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib, indiyə qədər belə hal olmayıb.
Bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərdə aşkarlığın yaradılması və media qurumlarının fəaliyyətinin təmin edilməsi də mühümdür: "Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkini müşahidə etmək üçün heç yerdən qeydiyyatdan keçmir. Jurnalistlər iş vəsiqələri ilə seçkini işıqlandırırlar, seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.