Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan iqtisadiyyatı: investisiyalar və ÜDM artıb, inflyasiya nəzarət altındadır

100 AZN - Sputnik Azərbaycan, 1920, 10.07.2024
Abunə olmaq
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7,9 milyard manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.
BAKI, 10 iyul — Sputnik. Bu ilin birinci yarısının yekunlarına görə, Azərbaycanda 59,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatında bu barədə məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 6,9 faiz artıb.
Eyni zamanda, ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət, avtomobil təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faizi iaşə və turistlərin yerləşdirilməsinin, 19,5%-i digər sahələrin payına düşür.
Adambaşına düşən ÜDM 5841 manat təşkil edib.
İnvestisiyalar artıb
Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7,9 milyard manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.
Neft-qaz sektoruna investisiyalar 4,5%, qeyri-neft-qaz sektoruna isə 12,6% artıb. Bununla yanaşı, investisiyaların 4,3 milyard manatı və ya 54,8 faizi istehsal sahələrinin, 2,7 milyard manatı və ya 34,4 faizi xidmət sahələrinin, 864 milyon manatdan çoxu və ya 10,8 faizi yaşayış binalarının tikintisinin payına düşüb.
Hesabata görə, əsas kapitala yönəldilmiş investisiyaların 6,4 milyard manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil edib.
İnflyasiya nəzarət altındadır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri indeksi 104 faiz təşkil edib.
2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,9 faiz, yanvar-iyun aylarında isə ötən ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib.
Xəbər lenti
0