CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstə baş həkimin otağına niyə od vurub? TƏBİB-dən açıqlama

© AFP 2024 / JEAN-SEBASTIEN EVRARDСтетоскоп, фото из архива
Стетоскоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.07.2024
Abunə olmaq
Yanğını törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
BAKI, 9 iyul — Sputnik. TƏBİB polikilinikada baş vermiş hadisə ilə bağlı açıqlama verib. Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən verilmiş cavabda bildirilib ki, 09.07.2024-cü il tarixində təxminən saat 14:15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 9 nömrəli Şəhər Poliklinikasında yanğın qeydə alınıb.
Dərhal hadisə yerinə çağırış üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan yoxdur.
Yanğını törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakıda xəstənin baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırdığı bildirilir.
Xəbər lenti
0