https://sputnik.az/20240709/venesuela-kiyevle-bagli-moskvanin-beyendiyi-istenilen-sulh-planini-destekleyecek-465912155.html
Venesuela Kiyevlə bağlı Moskvanın bəyəndiyi istənilən sülh planını dəstəkləyəcək
Venesuela Kiyevlə bağlı Moskvanın bəyəndiyi istənilən sülh planını dəstəkləyəcək
Sputnik Azərbaycan
Rəsmi Karakas əmindir ki, plan ilk növbədə Moskvaya uyğun olmalıdır. Dünyanın istənilən ölkəsi təşəbbüs irəli sürə bilər. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T21:37+0400
2024-07-09T21:37+0400
2024-07-09T21:37+0400
venesuela
dünya xəbərləri
si cinpin
kiyev
braziliya
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/03/461044757_0:0:3078:1731_1920x0_80_0_0_3ad0cfbfa97fe3f56e5e3e0adf93832f.jpg
BAKI, 9 iyul — Sputnik. Venesuela Rusiyanın maraqlarını nəzərə alacağı təqdirdə Ukrayna böhranının həlli üçün istənilən sülh təşəbbüsünü dəstəkləməyə hazırdır. Bu sözləri respublikanın Rusiya Federasiyasındakı səfiri Xesus Rafael Salasar Velaskes "İzvestiya"ya müsahibəsində deyib. Rəsmi Karakas əmindir ki, plan ilk növbədə Moskvaya uyğun olmalıdır. Dünyanın istənilən ölkəsi təşəbbüs irəli sürə bilər. "Venesuela həmişə Rusiya Federasiyasının tərəfində olacaq" – Velaskes bildirib. Beləliklə, diplomat ölkənin Çin və Braziliyanın müəllifi olduğu təşəbbüsü qəbul etməyə hazır olub-olmaması sualına cavab verib. Bundan əvvəl Çin Prezidenti Si Cinpin bildirib ki, bütün böyük dövlətlər "mənfi enerji əvəzinə müsbət enerji" nümayiş etdirdikdə Ukraynada atəşkəs əldə oluna bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/03/461044757_0:0:2732:2048_1920x0_80_0_0_785620a14d23566913bd48e2779cc08e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
venesuela, si cinpin, kiyev, braziliya
venesuela, si cinpin, kiyev, braziliya
Venesuela Kiyevlə bağlı Moskvanın bəyəndiyi istənilən sülh planını dəstəkləyəcək
Rəsmi Karakas əmindir ki, plan ilk növbədə Moskvaya uyğun olmalıdır. Dünyanın istənilən ölkəsi təşəbbüs irəli sürə bilər.
BAKI, 9 iyul — Sputnik. Venesuela Rusiyanın maraqlarını nəzərə alacağı təqdirdə Ukrayna böhranının həlli üçün istənilən sülh təşəbbüsünü dəstəkləməyə hazırdır.
Bu sözləri respublikanın Rusiya Federasiyasındakı səfiri Xesus Rafael Salasar Velaskes "İzvestiya"ya müsahibəsində deyib.
Rəsmi Karakas əmindir ki, plan ilk növbədə Moskvaya uyğun olmalıdır. Dünyanın istənilən ölkəsi təşəbbüs irəli sürə bilər.
"Venesuela həmişə Rusiya Federasiyasının tərəfində olacaq" – Velaskes bildirib.
Beləliklə, diplomat ölkənin Çin və Braziliyanın müəllifi olduğu təşəbbüsü qəbul etməyə hazır olub-olmaması sualına cavab verib.
Bundan əvvəl Çin Prezidenti Si Cinpin bildirib ki, bütün böyük dövlətlər "mənfi enerji əvəzinə müsbət enerji" nümayiş etdirdikdə Ukraynada atəşkəs əldə oluna bilər.