https://sputnik.az/20240709/ranin-yeni-prezidenti-rusiya-ile-emekdasliq-sazisi-imzalamaga-haziriq-465915627.html
İranın yeni prezidenti: Rusiya ilə əməkdaşlıq sazişi imzalamağa hazırıq
İranın yeni prezidenti: Rusiya ilə əməkdaşlıq sazişi imzalamağa hazırıq
Sputnik Azərbaycan
Pezeşkian qeyd edib ki, İran bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti zamanı onu imzalayacaq. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T19:28+0400
2024-07-09T19:28+0400
2024-07-09T19:28+0400
dünya xəbərləri
iran
iran prezidenti məsud pezeşkian
məsud pezeşkian
vladimir putin
briks
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465303876_0:0:3072:1728_1920x0_80_0_0_103e90943b48f6fb1ff0bced0ed0ed1a.jpg
BAKI, 9 iyul — Sputnik. İran BRİKS dövlətlərarası assosiasiyasının sammitində Rusiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalamağa hazırdır. Bunu İranın yeni Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. İslam Respublikasının yeni liderinin sözlərinə görə, Rusiya dövləti ilə hərtərəfli tərəfdaşlıq sazişinin bağlanması üçün sənədlərin hazırlanması başa çatıb. Pezeşkian qeyd edib ki, İran bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti zamanı onu imzalamağa hazırdır. "Biz dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu münasibətləri gücləndirəcəyik", İran lideri bildirib. Xatırladaq ki, bu yaxınlarda ölkədə keçirilən növbədənkənar seçkilər zamanı islahat qanadının namizədi Məsud Pezeşkian İranın yeni prezidenti seçilib. Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Kremlin mətbuat xidməti xəbər verir ki, Putin İranlı həmkarına məsul dövlət vəzifəsində uğurlar arzulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465303876_239:0:2970:2048_1920x0_80_0_0_26c3d1457fefeeea5c4df5d3a7c24c27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, vladimir putin, briks , rusiya
iran, iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, vladimir putin, briks , rusiya
İranın yeni prezidenti: Rusiya ilə əməkdaşlıq sazişi imzalamağa hazırıq
Pezeşkian qeyd edib ki, İran bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti zamanı onu imzalayacaq.
BAKI, 9 iyul — Sputnik. İran BRİKS dövlətlərarası assosiasiyasının sammitində Rusiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalamağa hazırdır.
Bunu İranın yeni Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
İslam Respublikasının yeni liderinin sözlərinə görə, Rusiya dövləti ilə hərtərəfli tərəfdaşlıq sazişinin bağlanması üçün sənədlərin hazırlanması başa çatıb. Pezeşkian qeyd edib ki, İran bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti zamanı onu imzalamağa hazırdır.
"Biz dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu münasibətləri gücləndirəcəyik", İran lideri bildirib.
Xatırladaq ki, bu yaxınlarda ölkədə keçirilən növbədənkənar seçkilər zamanı islahat qanadının namizədi Məsud Pezeşkian İranın yeni prezidenti seçilib. Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Kremlin mətbuat xidməti xəbər verir ki, Putin İranlı həmkarına məsul dövlət vəzifəsində uğurlar arzulayıb.