https://sputnik.az/20240709/ermenistan-kosmosda-da-problem-yaradib-ondan-peyklerini-orbitden-yigisdirmaq-teleb-edilir-465914339.html
Ermənistan kosmosda da problem yaradıb: Ondan peyklərini orbitdən yığışdırmaq tələb edilir
Ermənistan kosmosda da problem yaradıb: Ondan peyklərini orbitdən yığışdırmaq tələb edilir
Sputnik Azərbaycan
Ermənistandan kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsinin fəaliyyətini pozub. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T21:15+0400
2024-07-09T21:15+0400
2024-07-09T21:15+0400
peyk
dünya xəbərləri
ermənistan
nasa
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438975486_0:19:2049:1171_1920x0_80_0_0_16ce4be6db799be16104ec3c9a9678ef.jpg
BAKI, 9 iyul — Sputnik. Adı açıqlanmayan bir neçə ölkə Ermənistandan kosmosa buraxılmış "Armsat-1" və "Hayasat-1" peyklərini orbitdən çıxarmağı tələb edib. Bu barədə Ermənistanın "Joqovurd" nəşri mənbələrə istinadən yazıb. "Müxtəlif ekspertlərin fikrincə, kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsinin fəaliyyətini pozub" - nəşr qeyd edib. Qəzetin yazdığına görə, Ermənistanın "Armsat-1" və "Hayasat-1" peykləri qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar səhv aparılıb. Qəzet iddia edib ki, Ermənistanın yüksəktexnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyanın istefası məhz bununla bağlıdır. Poqosyan özü bunu təkzib edir. İyun ayında NASA məlumat vermişdi ki, Ermənistan ABŞ-la Ay, Mars və kosmosun dərinliyinin tədqiqi üçün kosmosda davranış prinsipləri və normaları haqqında saziş imzalayıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438975486_111:0:1932:1366_1920x0_80_0_0_ac85d0aac67977cee86cc717230f2672.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peyk, ermənistan, nasa, abş
peyk, ermənistan, nasa, abş
Ermənistan kosmosda da problem yaradıb: Ondan peyklərini orbitdən yığışdırmaq tələb edilir
Ermənistandan kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsinin fəaliyyətini pozub.
BAKI, 9 iyul — Sputnik. Adı açıqlanmayan bir neçə ölkə Ermənistandan kosmosa buraxılmış "Armsat-1" və "Hayasat-1" peyklərini orbitdən çıxarmağı tələb edib. Bu barədə Ermənistanın "Joqovurd" nəşri mənbələrə istinadən yazıb.
"Müxtəlif ekspertlərin fikrincə, kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsinin fəaliyyətini pozub" - nəşr qeyd edib.
Qəzetin yazdığına görə, Ermənistanın "Armsat-1" və "Hayasat-1" peykləri qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar səhv aparılıb. Qəzet iddia edib ki, Ermənistanın yüksəktexnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyanın istefası məhz bununla bağlıdır. Poqosyan özü bunu təkzib edir.
İyun ayında NASA məlumat vermişdi ki, Ermənistan ABŞ-la Ay, Mars və kosmosun dərinliyinin tədqiqi üçün kosmosda davranış prinsipləri və normaları haqqında saziş imzalayıb.