Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Düzgün qarpızı necə seçmək olar?

Abunə olmaq
Qarpız seçərkən onun rənginə, zolaqlarına və çəkisinə diqqət etmək lazımdır. Bu barədə ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Qarpız demək olar ki, ən məşhur yay giləmeyvəsidir. Qarpızdan anlayışı olanlar məsləhət görürlər ki, "düzgün" və yetişmiş giləmeyvə seçmək üçün bir neçə qaydaya riayət etmək vacibdir.
Beləliklə, ilk növbədə, böyük, lakin o qədər də ağır olmayan qarpız seçmək lazımdır. Onu sıxdıqda zəif xırtıldama səsi gəlirsə və barmaqla vurarkən küt səsi eşidilirsə, deməli tam yetişmiş qarpızdır.
Bu giləmeyvəni seçərkən həmçinin onun heç bir kəsiyinin və çatının olmamasına, saplağının quru və kiçik sarı ləkəsinin olmasına da diqqət etmək lazımdır.
Bundan əlavə, yaxşı bir qarpızın tutqun rəngi olmayaraq parlaq üst qatının olmasına, eləcə də aydın şəkildə görünən zolaqlarının olmasına fikir vermək vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0