Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Çin şirkətləri Qarabağda fəaliyyətə başlayacaq

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 09.07.2024
Abunə olmaq
Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz artaraq 178 min tona çatıb.
BAKI, 8 iyul — Sputnik. Hazırda Azərbaycanda Çin kapitallı 245 şirkət fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib. O bildirib ki, bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrini əhatə edir: "Ümid edirəm ki, bugünkü konfransdan sonra ölkələrimiz arasında əlaqələr daha da genişlənəcək".
İcraçı direktor Çində Azərbaycanın 6 ticarət evinin fəaliyyət göstərdiyini də qeyd edib. Qeyd edib ki, bu ilin yanvar-may aylarında Azərbaycan ilə Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz artaraq 178 min tona çatıb.
Y.Abdullayev vurğulayıb ki, bu ilin altı ayında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları 93 faiz artıb.
Həmçinin indiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib. Bu barədə isə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.
O bildirib ki, KOBİA-nın əsas hədəflərindən biri də Qarabağda biznes sektorunun bərpasının dəstəklənməsidir: "İşğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digərlərdir. Bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir. Ona görə də, biz çinli sahibkarları bu sahədə fəal olmağa dəvət edirik".
Xəbər lenti
0