Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadırlar

© AR Ministry of Defence"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır
Birləşdik - 2024 təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır  - Sputnik Azərbaycan, 1920, 09.07.2024
Abunə olmaq
Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
BAKI, 9 iyul — Sputnik. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.
© AR Ministry of Defence"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır
Birləşdik - 2024 təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır  - Sputnik Azərbaycan, 1920, 09.07.2024
"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır
Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.
Xəbər lenti
0