CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Elektron Rəqabət İnformasiya Sistemi yaradılır

© Official website of President of Azerbaijan Republicİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 09.07.2024
Abunə olmaq
ERİS-in sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirəcək.
BAKI, 9 iyul — Sputnik. Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.
ERİS-in sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirəcək, onun yaradılması və saxlanılması ilə bağlı xərclər Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına olacaq.
Xəbər lenti
0