https://sputnik.az/20240709/a-nin-ilk-dovletlerarasi-klasterinin-basqirdistanda-yaradilmasi-teklif-olunur-465915327.html
Aİİ-nin ilk dövlətlərarası klasterinin Başqırdıstanda yaradılması təklif olunur
Aİİ-nin ilk dövlətlərarası klasterinin Başqırdıstanda yaradılması təklif olunur
Sputnik Azərbaycan
Başqırdıstanın Baş naziri Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiyasının üzvünə müraciət göndərib. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T22:00+0400
2024-07-09T22:00+0400
2024-07-09T22:10+0400
dünya xəbərləri
aii
avrasiya iqtisadi ittifaqı
başqırdıstan
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950269_0:108:3256:1940_1920x0_80_0_0_dc855b6bcdb6bd3da15963ee42de2816.jpg
BAKI, 9 iyul — Sputnik. Rusiya Federasiyasının Başqırdıstan hökumətinin Baş naziri Andrey Nazarov ölkədə Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlətlərarası klasterinin yaradılmasını təklif edib. Başqırdıstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, respublika nümayəndə heyətinin təşəbbüsü "İnnoprom-2024" Beynəlxalq sərgisi çərçivəsində elan edilib. Nazarov bildirib ki, klaster siyasəti Başqırdıstanın hədəflədiyi sənaye əməkdaşlığını sürətləndirməyə və genişləndirməyə imkan verir. "Bizim beş qabaqcıl sosial-iqtisadi inkişaf ərazimiz (güzəştli vergi şərtləri olan iqtisadi zona), 12 klasterimiz var ki, onların da əksəriyyəti artıq regionlararası zonaya çevrilib. Onlar, ümumiyyətlə, təkcə Başqırdıstanı deyil, artıq bir neçə regionu inkişaf etdirirlər. Ona görə də biz Avrasiya İqtisadi İttifaqının iştirakçılarının dövlətlərarası klasterlər mexanizminin həyata keçirilməsini təklif edirik. Biz burada birinci olmağa və mümkün qədər səmərəli işləməyə, onların perspektivlərini və uğurlarını göstərməyə hazırıq", Nazarov izah edib. Başqırdıstanın Baş naziri Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiya üzvü (nazir) Qohar Barseqyana müraciət göndərib. "Biz sizin böyük potensialınızı qeyd etdik. Bu da yaxşı bir təklifdir. Birgə layihəni həyata keçirməklə yolumuza davam etməliyik. Təbii ki, bu, iqtisadiyyatın real sektoruna müsbət təsir göstərəcək", nazir Nazarovun təşəbbüsünü dəstəkləyib.
başqırdıstan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950269_263:0:2994:2048_1920x0_80_0_0_5a56ea14d232b10e828e1662335ebacd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, avrasiya iqtisadi ittifaqı, başqırdıstan
aii, avrasiya iqtisadi ittifaqı, başqırdıstan
Aİİ-nin ilk dövlətlərarası klasterinin Başqırdıstanda yaradılması təklif olunur
22:00 09.07.2024 (Yenilənib: 22:10 09.07.2024) Başqırdıstanın Baş naziri Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiyasının üzvünə müraciət göndərib.
BAKI, 9 iyul — Sputnik. Rusiya Federasiyasının Başqırdıstan hökumətinin Baş naziri Andrey Nazarov ölkədə Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlətlərarası klasterinin yaradılmasını təklif edib.
Başqırdıstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, respublika nümayəndə heyətinin təşəbbüsü "İnnoprom-2024" Beynəlxalq sərgisi çərçivəsində elan edilib. Nazarov bildirib ki, klaster siyasəti Başqırdıstanın hədəflədiyi sənaye əməkdaşlığını sürətləndirməyə və genişləndirməyə imkan verir.
"Bizim beş qabaqcıl sosial-iqtisadi inkişaf ərazimiz (güzəştli vergi şərtləri olan iqtisadi zona), 12 klasterimiz var ki, onların da əksəriyyəti artıq regionlararası zonaya çevrilib. Onlar, ümumiyyətlə, təkcə Başqırdıstanı deyil, artıq bir neçə regionu inkişaf etdirirlər. Ona görə də biz Avrasiya İqtisadi İttifaqının iştirakçılarının dövlətlərarası klasterlər mexanizminin həyata keçirilməsini təklif edirik. Biz burada birinci olmağa və mümkün qədər səmərəli işləməyə, onların perspektivlərini və uğurlarını göstərməyə hazırıq", Nazarov izah edib.
Başqırdıstanın Baş naziri Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiya üzvü (nazir) Qohar Barseqyana müraciət göndərib.
"Biz sizin böyük potensialınızı qeyd etdik. Bu da yaxşı bir təklifdir. Birgə layihəni həyata keçirməklə yolumuza davam etməliyik. Təbii ki, bu, iqtisadiyyatın real sektoruna müsbət təsir göstərəcək", nazir Nazarovun təşəbbüsünü dəstəkləyib.