https://sputnik.az/20240709/50-bagcada-keyfiyyetle-bagli-monitorinq-aparilib-461216934.html
Azərbaycandakı 100 bağçada keyfiyyət monitorinqi keçiriləcək
Azərbaycandakı 100 bağçada keyfiyyət monitorinqi keçiriləcək
Sputnik Azərbaycan
Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T17:07+0400
2024-07-09T17:07+0400
2024-07-09T17:07+0400
bağça
təhsil
uşaq bağçası
uşaq bağçaları
emin əmrullayev
hesabat
monitorinq
https://cdnn1.img.sputnik.az/img/41921/12/419211294_0:0:1949:1097_1920x0_80_0_0_0abee30345fb8764e7dfec06b02f5727.jpg
BAKI, 9 iyul — Sputnik. Bu il Azərbaycanda 100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib. O bildirib ki, il ərzində bağçaların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir. Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb:"Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq". Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb. Orxan Abbasov keçirdiyi brifinqdə bu barədə məlumat verərək bildirib ki, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir: - Şəhid ailələrinin övladları; - Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; - tək işləyən valideynlərin uşaqları; - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; - hərbi xidmətdə olan valideynlərin uşaqları; - təhsilalan anaların uşaqları; - çoxuşaqlı ailələrdən olan uşaqlar; - qəyyumluqda olan uşaqlar.11.12.23, 12:5250 bağçada keyfiyyətlə bağlı monitorinq aparılıbBu il 50 bağçada keyfiyyət təminatının monitorinqi aparılıb. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib. O bildirib ki, monitorinqlərdən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. "Bu hesabatlar keyfiyyətin artırılması üçün nazirlik və digər qurumlar üçün yol xəritəsi rolunu oynayır. Monitorinqlər çərçivəsində bağçalarda idarəetmənin təkmilləşdirilməsi üzrə də qiymətləndirmə sənədləri hazırlanıb". Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamaı bağça müəllimlərinin təhsil səviyyəsinə toxunub. O, bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Nazir onu da bildirib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41921/12/419211294_226:0:1949:1292_1920x0_80_0_0_a1e8b713125fdfe7eeb7f13978c4ce92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bağça, uşaq bağçası, uşaq bağçaları, emin əmrullayev, hesabat, monitorinq
bağça, uşaq bağçası, uşaq bağçaları, emin əmrullayev, hesabat, monitorinq
Azərbaycandakı 100 bağçada keyfiyyət monitorinqi keçiriləcək
Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür.
BAKI, 9 iyul — Sputnik. Bu il Azərbaycanda 100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, il ərzində bağçaların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir. Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb:
"Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq".
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb. Orxan Abbasov keçirdiyi brifinqdə bu barədə məlumat verərək bildirib ki, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:
- Şəhid ailələrinin övladları;
- Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsilalan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.
50 bağçada keyfiyyətlə bağlı monitorinq aparılıb
Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi aparılıb. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, monitorinqlərdən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.
"Bu hesabatlar keyfiyyətin artırılması üçün nazirlik və digər qurumlar üçün yol xəritəsi rolunu oynayır. Monitorinqlər çərçivəsində bağçalarda idarəetmənin təkmilləşdirilməsi üzrə də qiymətləndirmə sənədləri hazırlanıb".
Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamaı bağça müəllimlərinin təhsil səviyyəsinə toxunub. O, bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Nazir onu da bildirib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq.