https://sputnik.az/20240708/yetmisden-cox-sexsin-diplomu-taninmayib-465882664.html
Yetmişdən çox şəxsin diplomu tanınmayıb
Yetmişdən çox şəxsin diplomu tanınmayıb
Sputnik Azərbaycan
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə... 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T13:47+0400
2024-07-08T13:47+0400
2024-07-08T14:36+0400
diplom
təhsil
təhsil
keyfiyyət
agentlik
tanınma
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 8 iyul — Sputnik. İyun ayı üzrə 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 91, Rusiya Federasiyasından 90, Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13, Polşa Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 3, Fransa Respublikasından 2, İtaliya Respublikasından 2, Koreya Respublikasından 2, Qazaxıstan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Macarıstandan 1, Mərakeş Krallığından 1, Niderland Krallığından 1, Yaponiyadan 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınıb. Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diplom, təhsil, keyfiyyət, agentlik, tanınma
diplom, təhsil, keyfiyyət, agentlik, tanınma
Yetmişdən çox şəxsin diplomu tanınmayıb
13:47 08.07.2024 (Yenilənib: 14:36 08.07.2024) Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınıb.
BAKI, 8 iyul — Sputnik. İyun ayı üzrə 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 91, Rusiya Federasiyasından 90, Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13, Polşa Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 3, Fransa Respublikasından 2, İtaliya Respublikasından 2, Koreya Respublikasından 2, Qazaxıstan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Macarıstandan 1, Mərakeş Krallığından 1, Niderland Krallığından 1, Yaponiyadan 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınıb.
Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:
Akkreditasiyasız ali təhsil müəssisəsi;
Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;
Dövlət nümunəli olmayan diplom;
Tədris yükünün normativdən az olması.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.